68. əl-Qaləm
- Nun. And olsun qələmə və qələmə alınanlara!
- Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
- Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
- Həqiqətən də, sən böyük əxlaq sahibisən!
- Sən də görəcəksən, onlar da –
- hansınızın dəli olduğunu.
- Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
- Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə.
- (Müşriklər) istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
- İtaət etmə hər tez-tez and içənə, alçağa,
- qeybət edənə, dedi-qodu yayana,
- xeyrə mane olana, həddi aşana, günahkara,
- daş ürəkliyə, bunlardan sonra da (başqasının adını mənimsəyən) fırıldaqçıya –
- o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə.
- Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əsatirlərindəndir!”- deyər.
- Biz onun burnuna damğa vuracağıq.
- Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik. O zaman (bağ sahibləri) səhər açılanda (bağda olan meyvələri) mütləq dərəcəklərinə and içmişdilər
- və heç bir istisna da etməmişdilər.
- Onlar yuxuda ikən Rəbbinin əzabı (o bağı) bürüdü.
- (Bağ) (yanıb) zülmət gecə kimi (qapqara) oldu.
- Onlar səhər qalxdıqda bir-birlərini çağırdılar:
- “Əgər (meyvə) dərəcəksinizsə, bağınıza erkən gedin!”
- Onlar (bağa) yollandılar, (yol boyu da) bir-birlərinə (belə )pıçıldayırdılar:
- “Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!”
- Onlar bu məqsədlə (kasıbları bağa buraxmamağa) qadir olacaqlarını zənn edib erkən getdilər.
- (Bağı) görəndə isə (belə) dedilər: “Deyəsən, biz düz gəlməmişik!
- Xeyr! Biz (bu bağın xeyrindən) məhrum olmuşuq!”
- Onların ən insaflısı dedi: “Məgər mən sizə (Allahın şəninə) təriflər söyləyin deməmişdimmi?”
- Onlar dedilər: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz özümüzə zülm etmişik!”
- Onlar dönüb bir-birlərini qınamağa başladılar
- (və) dedilər: “Vay halımıza! Biz həddi aşanlarıq!
- Ola bilsin ki, Rəbbimiz bizə (bu bağın) əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik”.
- (Dünyadakı )əzab belədir. Axirət əzabı isə daha böyükdür! Kaş biləydilər!
- Şübhəsiz ki, müttəqilər üçün Rəbbin dərgahında Nəim bağları hazırlanmışdır.
- Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı?
- Sizə nə olub, necə hökm verirsiniz?
- Yoxsa sizin elə bir kitabınız vardır ki, (üsyankarla itaətkarın eyni olduğunu) ondan oxuyursunuz?
- (Ya da) onda bəyəndiyiniz hər bir şeyin sizin olacağı (yazılmışdır)?
- Yaxud Bizimlə Qiyamət gününədək əhd bağlamısınız ki, istədiyiniz hər şey sizin olacaqdır?
- Onlardan soruş ki, kim buna zamin duracaqdır?
- Yoxsa onların şərikləri vardır? Əgər doğru danışırlarsa, onda qoy şəriklərini gətirsinlər.
- Baldırın açılacağı və onlar səcdəyə çağırılacaqları, lakin (buna) qadir ola bilməyəcəkləri gün –
- onların baxışları yazıq görkəm alacaq, özlərini də zəlalət bürüyəcəkdir. Hərçənd ki, onlar (dünyada) ikən sağ-salamat halda səcdə qılmağa dəvət olunurdular.
- Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz onları (tovlayıb) bilmədikləri bir yöndən tədricən (əzaba) sürükləyirik.
- (Hələlik) Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim (kafirlər üçün qurduğum) hiyləm çox güclüdür.
- Yoxsa sən onlardan bir muzd istəyirsən və onlar da ağır bir borca düşüblər?
- Yoxsa qeyb onların əlindədir və onlar da (ona baxıb istədiklərini) yazırlar?
- Sən öz Rəbbinin hökmünə səbr et və balıq sahibi (Yunus )kimi olma! O zaman o, qəm-qüssə içində (Rəbbinə) dua etmişdi.
- Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o, qınanmış halda (heç bir bitki bitməyən) boş yerə atılacaqdı.
- Lakin Rəbbi onu seçib əməlisalehlərdən etdi.
- Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar (çarəsizlikdən): “O, dəlidir!”– deyirlər.
- Halbuki bu (Quran) aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir.