65. ət-Talaq

Last Updated: Dekabr 1st, 2022|Views: 127|3,3 min read|
bismillahir-rahmanir-rahim
  1. Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə müddətlərində boşayın, gözləmə müddətini hesablayın və Rəbbiniz olan Allahdan qorxun. Onları, açıq-aşkar zinakarlıq etmələri istisna olmaqla, öz evlərinizdən qovub çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hüdudlarıdır. Allahın qoyduğu hüdudları aşan kimsə özünə zülm etmiş olar. Sən bilmirsən, ola bilsin ki, Allah bundan sonra başqa bir hökm versin.
  2. (Gözləmə) vaxtı bitdikdə onları (şəriətə) müvafiq olaraq saxlayın və yaxud onlardan müvafiq qaydada ayrılın. Aranızdan iki ədalətli şahid çağırın və Allah üçün şahidlik edin. Allaha və Axirət gününə iman gətirənlərə verilən nəsihət budur. Allahdan qorxana, (Allah) çıxış yolu göstərər
  3. və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur.
  4. Heyzdən kəsilmiş (yaşlı) qadınlarınızın (iddəsi barəsində) şübhəniz varsa, onların, eləcə də hələ heyz görməmiş qızların gözləmə müddəti üç aydır. Hamilə qadınların gözləmə müddəti isə onlar hamiləlikdən azad olana qədərdir. Kim Allahdan qorxarsa, (Allah) onun işini asanlaşdırar.
  5. Bu, Allahın sizə nazil etdiyi əmridir. Kim Allahdan qorxarsa, (Allah )onun (günahlarından) keçər və onun mükafatını artırar.
  6. Onlara (gözləmə müddətləri başa çatanadək) imkanınız daxilində öz yaşadığınız yerdə qalmağa yer verin. Sıxışdırmaq məqsədilə onlara zərər yetirməyin. Əgər onlar hamilədirlərsə, hamiləlikdən azad olana qədər onlara (malınızdan) xərcləyin. Sizin üçün uşaq əmizdirirlərsə, onların haqqını verin. Öz aranızda xoşluqla razılığa gəlin. Bir-birinizi çətinliyə salsanız, uşağı əmizdirməyi başqa bir qadına həvalə edin.
  7. Var-dövlət sahibi öz varına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyindən xərcləsin. Allah heç kəsin üzərinə Özünün ona verdiyi (nemətdən) artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verir.
    8
    Neçə-neçə məmləkətlər öz Rəbbinin və Onun elçilərinin əmrinə asi oldu. Biz də onlarla sərt haqq-hesab çəkib onları dəhşətli əzablara düçar etdik.
  8. Onlar əməllərinin cəzasını daddılar və aqibətləri ziyana uğramaq oldu.
  9. Allah onlar üçün şiddətli əzab hazırladı. Ey iman gətirmiş ağıl sahibləri, Allahdan qorxun! Allah sizə zikr nazil etmiş,
  10. və iman gətirib yaxşı işlər görənləri zülmətlərdən nura çıxartmaq üçün Allahın aydın ayələrini sizə oxuyan bir elçi (göndərmişdir). Hər kəs Allaha iman gətirib saleh əməl işləsə, (Allah) onu içində əbədi qalacağı (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edər. Allah ona gözəl ruzi nəsib etmişdir.
  11. Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.