56. əl-Vaqiə

Last Updated: Dekabr 1st, 2022|Views: 181|5,3 min read|
bismillahir-rahmanir-rahim
  1. Vaqiə qopacağı zaman
  2. onun qopduğunu heç kəs dana bilməz.
  3. O (bəzilərini) alçaldacaq, (bəzilərini də) ucaldacaqdır.
  4. Yer şiddətlə titrədiyi zaman,
  5. Dağlar parça-parça olub ovxalandığı
  6. və (ətrafa) səpələnmiş toz-torpağa döndüyü zaman,
  7. siz üç qrupa ayrılacaqsınız.
  8. Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!
  9. Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!
  10. (Xeyirxahişlərdə) öndə gedənlər, (Cənnətdə də) öndədirlər!
  11. Onlar (Allaha) yaxın olanlar,
  12. Nəim bağlarında (qalacaq kimsələrdir).
  13. Onların çoxu əvvəlki nəsillərdən,
  14. az bir qismi də axırıncılardandır.
  15. (Onlar )bəzənmiş taxtlar üstündə
  16. qarşı-qarşıya əyləşib dirsəklənəcəklər.
  17. Onların ətrafında həmişəcavan (xidmətçi) oğlanlar fırlanacaqlar;
  18. çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə –
  19. ondan başları ağrımaz və məst olmazlar,
  20. bəyənib seçdikləri meyvələr
  21. və istədikləri quş əti ilə (fırlanacaqlar).
  22. (Onları )iri qaragözlü hurilər gözləyir –
  23. (sədəf içində) saxlanılmış mirvariyə bənzər (hurilər).
  24. (Bu,) onların etdikləri əməllərin mükafatı olacaq.
  25. Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər.
  26. Ancaq: “Salam! Salam!”– sözləri (eşidəcəklər).
  27. Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!
  28. (Onlar) tikansız sidr ağacları arasında,
  29. meyvələri salxım-salxım asılmış banan ağacları altında,
  30. uzanmış kölgəliklərdə,
  31. daim axan sular kənarında,
  32. çoxlu meyvələr,
  33. tükənməz və qadağan edilməyən (meyvələr) içində
  34. və hündür döşəklər üstündə olacaqlar.
  35. Biz (Cənnətdəki) qadınları yeni biçimdə yaradacağıq.
  36. Onları bakirə qızlar edəcəyik –
  37. ərlərini sevən, həmyaşıdlar.
  38. (Bunlar) sağ tərəf sahibləri üçündür.
  39. Onların çoxu əvvəlki nəsillərdən,
  40. bir qismi də axırıncılardandır.
  41. Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!
  42. Onlar qızmar yel və qaynar su içində,
  43. qapqara duman kölgəsində olacaqlar.
  44. (Bu duman) nə sərin, nə də xoşagələndir.
  45. Onlar bundan əvvəl cah-calal içində idilər,
  46. böyük günah işlətməkdə israr edirdilər
  47. və deyirdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidənmi dirildiləcəyik?
  48. Yaxud bizim əcdadlarımız (dirildiləcəklərmi)?”
  49. De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da,
  50. bəlli bir günün müəyyən vaxtında mütləq toplanılacaqlar.
  51. Sonra, siz ey (doğru yoldan) azanlar, (haqqı) yalan sayanlar!
  52. Siz mütləq zəqqum ağacından yeyəcəksiniz,
  53. qarınlarınızı onunla dolduracaqsınız,
  54. üstündən də qaynar su içəcəksiniz.
  55. (Siz onu) susamış xəstə dəvələr kimi içəcəksiniz”.
  56. Bu onların Haqq-hesab günündəki ziyafətidir.
  57. Sizi Biz yaratdıq. Bəs nə üçün (dirildiləcəyinizi) təsdiq etmirsiniz?
  58. Axıtdığınız nütfəni gördünüzmü?
  59. Onu siz yaradırsınız, yoxsa Biz?
  60. Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz.
  61. Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa (Bizə mane olan tapılmaz.)
  62. Siz ilk yaradılışı bilirsiniz. Bəs nə üçün (dirildiləcəyiniz barədə) düşünmürsünüz?
  63. Əkdiyinizi gördünüzmü?
  64. Onu siz bitirirsiniz, yoxsa Biz bitiririk?
  65. Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz,
  66. (vədeyərdiniz): “Biz ziyana uğradıq.
  67. Daha doğrusu (nemətlərdən) məhrum olduq!”
  68. İçdiyiniz suyu gördünüzmü?
  69. Onu buluddan siz endirirsiniz, yoxsa Biz endiririk?
  70. Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz?
  71. Yandırdığınız odu gördünüzmü?
  72. Onun ağacını siz yaradırsınız, yoxsa Biz yaradırıq?
  73. Biz onu (Cəhənnəmi) yada salmaq və müsafirlərin istifadəsi üçün yaratdıq.
  74. Elə isə Ulu Rəbbinin adına təriflər de!
  75. Ulduzların batdığı yerlərə and olsun!
  76. Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləydiniz.
  77. Həqiqətən, bu, ehtirama layiq Qurandır,
  78. qorunub saxlanılan Yazıdadır (Lövhi-məhfuzdadır).
  79. Ona yalnız pak olanlar toxunur.
  80. O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
  81. Siz bu kəlamı yalan sayırsınız?
  82. Sizə verilən ruziyə (şükür etməyi), onu yalan saymaqla yerinə yetirirsiniz?
  83. (Can) boğaza yetişdiyi zaman –
  84. həmin an siz (can verən adama) baxırsınız.
  85. Biz ona sizdən daha yaxın oluruq, siz isə (bunu) görmürsünüz.
  86. Madam ki siz (iddianızagörə) haqq-hesab olunmayacaqsınız
  87. və doğru danışanlarsınız, onda, o canı geri qaytarın?
  88. Amma əgər o, (Allaha) yaxın olanlardandırsa,
  89. onda rəhmətə, gözəl ruziyə və Nəim bağına yetişər.
  90. Əgər o, sağ tərəf sahiblərindəndirsə,
  91. (ona): “Sağ tərəf sahiblərindən sənə salam olsun!”– (deyiləcəkdir.)
  92. Yox əgər o, (haqqı) yalan sayanlardan və (doğru yoldan) azanlardandırsa,
  93. (onun ) ziyafəti qaynar su olacaq,
  94. özü də Cəhənnəmdə yanacaqdır.
  95. Həqiqətən, bu, şübhə doğurmayan bir həqiqətdir.
  96. Elə isə Ulu Rəbbinin adına təriflər de!