55. ər-Rahmən
- Mərhəmətli (Allah)
- Quranı öyrətdi.
- İnsanı yaratdı,
- ona danışmağı öyrətdi.
- Günəş və ay müəyyən bir ölçü ilə (hərəkət edir).
- Otlar da, ağaclar da səcdə edir.
- (Allah) göyü ucaltdı və tərəzini qoydu ki,
- çəkidə həddi aşmayasınız.
- (Əşyaları) tərəzidə insafla çəkin və çəkini əskiltməyin.
- O, yeri məxluqat üçün döşədi.
- Orada meyvələr və salxımlı xurma ağacları vardır.
- Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır.
- Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
- O, insanı saxsı kimi quru gildən yaratdı,
- cinləri də təmiz oddan yaratdı.

- (Allah) iki məşriqin və iki məğribin Rəbbidir.

- O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu.
- Onların arasında maneə vardır, onu keçə bilməzlər.

- Onlardan mirvari və mərcan çıxır.

- Dənizdə dağlar kimi, yelkənləri qaldırılmış halda üzən gəmilər də Onundur.

- (Yer) üzündə olan hər kəs ölümə məhkumdur.
- Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir.

- Göylərdə və yerdə olan hər kəs (ehtiyacı olan şeyi) Ondan diləyir. O hər gün bir işdədir.

- Ey ağır yükü olan (insan və cin tayfası!) Tezliklə ancaq sizinlə məşğul olacağıq.

- Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüdrət və qüvvətlə keçə bilərsiniz.

- Sizin üstünüzə tüstüsüz alov və ərimiş mis (və ya tüstü) göndəriləcək və siz bir-birinizə kömək edə bilməyəcəksiniz.

- Göy yarılıb dağ edilmiş yağ (yaxud ərinmiş qurğuşun) kimi qıpqırmızı olacaqdır.

- O gün nə insan, nə də cin günahı barəsində sorğu-sual olunmayacaqdır.

- Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar.

- Budur günahkarların yalan hesab etdikləri Cəhənnəm!
- Onlar onunla qaynar su arasında dolanacaqlar.

- Rəbbinin hüzurunda durmaqdan qorxanları iki Cənnət bağı gözləyir.

- İkisində də (növbənöv meyvələrlə dolu) budaqlar vardır.

- İkisində də iki axar bulaq vardır.

- İkisində də hər meyvədən qoşa-qoşa vardır.

- Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki bağın meyvələri onlara yaxın olacaqdır.

- Orada gözlərini (özərlərinə) dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır.

- Onlar sanki yaqut və mərcandırlar.

- Yaxşılığın əvəzi ancaq yaxşılıq deyildirmi?

- Bu ikisindən başqa daha iki Cənnət bağı da vardır.

- Hər ikisi tünd yaşıldır.

- İkisində də fəvvarə vuran iki bulaq vardır.

- İkisində də (cürbəcür) meyvələr, xurma ağacları və nar vardır.

- Orada xoş xasiyyətli, gözəl qızlar vardır.

- Çadırlarda gözlərini (öz ərlərinə) dikmiş hurilər vardır.

- Onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır.

- Onlar yaşıl balışlara və gözəl döşəkcələrə dirsəklənəcəklər.

- Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər mübarəkdir.