54. əl-Qamər
- O Saat yaxınlaşdı və ay bölündü.
- Onlar bir möcüzə gördükdə üz döndərib: “(Bu,) tez keçib-gedən bir sehrdir” deyirlər.
- Onlar (Peyğəmbəri) yalançı saydılar və öz nəfslərinin istəklərinə tabe oldular. Halbuki hər bir iş bərqərar olacaqdır.
- Onlara (küfrdən) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.
- Bu böyük bir hikmətdir. Lakin (arxa çevirənlərə) təhdidlər nə fayda verə bilər?!
- Sən də onları tərk et! Carçının onları xoşagəlməz bir şeyə çağıracağı gün
- onlar zəlil baxışlarla gözlərini aşağı dikmiş halda ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.
- Kafirlər carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!”– deyəcəklər.
- Onlardan əvvəl Nuh qövmü (elçiləri) yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!”– dedilər və ona hədə-qorxu gəldilər.
- O, Rəbbinə yalvarıb: “Məni üstələdilər! (Mənə) kömək et!”– dedi.
- Biz göyün qapılarını leysan yağışı ilə açdıq.
- Yeri yarıb bulaqlar qaynatdıq. (Göydəntökülənvəyerdənçıxan) sular əzəldən yazılmış bir iş üçün bir-birinə qovuşdu.
- Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq.
- İnkar edilmiş (peyğəmbərə) mükafat olaraq o (gəmi) Gözlərimiz önündə üzüb gedirdi.
- Biz onu (həmin hadisəni) (nəsillərə) ibrət üçün saxladıq. Amma heç bir yada salan varmı?
- (Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!
- Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
- Ad (qövmü) də (elçiləri) yalançı saydı. (Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!
- Biz uzun sürən uğursuz bir gündə onların üstünə çox soyuq külək göndərdik.
- O, insanları kökündən çıxardılmış xurma kötükləri kimi qopardıb atırdı.

- Səmud (qövmü) də xəbərdarlıqları yalan saydı.
- Onlar dedilər: “Özümüzdən olan bir adamamı tabe olacağıq? Onda biz azğınlığa düşər və ağılsız iş görmüş olarıq!
- Zikr aramızdan təkcə onamı verildi? Xeyr, o, yalançıdır, lovğadır!”
- Sabah onlar kimin yalançı və lovğa olduğunu mütləq biləcəklər.
- Biz onları sınağa çəkmək üçün bir dişi dəvə göndərəcəyik. Sən isə gözlə və səbr et!
- Onlara xəbər ver ki, (bu) su, dəvə ilə onlar arasında bölüşdürülmüşdür. Hər biri su içməyə öz növbəsində gəlsin!”
- Onlar öz yoldaşlarını çağırdılar. O da dəvəni tutub diz vətərini kəsdi.

- Həqiqətən, Biz onlara bircə tükürpədici səs göndərdik və onlar mal-qara ağılında istifadə edilən quru saman kimi oldular.

- Lut qövmü də xəbərdarlıqları yalan saydı.
- Biz onların üstünə (qasırğa ilə birgə) daşlar göndərdik. Yalnız Lutun ailəsini sübh çağı xilas etdik –
- Özümüzdən bir mərhəmət olaraq! Biz şükür edənləri belə mükafatlandırırıq.
- (Lut) onları Bizim əzabımızla hədələdi, onlar isə bu xəbərdarlıqlara şübhə ilə yanaşdılar.
- Onlar (Lutdan) qonaqlarını israrla tələb etdilər. Biz də onları kor etdik (və) (dedik): “Əzabımı və təhdidlərimi dadın!”
- Sübh tezdən onlara yaxalarından əl çəkməyəcək bir əzab gəldi.
- Elə isə əzabımı və təhdidlərimi dadın!

- Xəbərdarlıqlar Firon nəslinə də göndərildi.
- Onlar dəlillərimizin hamısını yalan saydılar. Biz də onları Qüvvət və Qüdrətimizə layiq şəkildə əzabla yaxaladıq.
- Sizin kafirləriniz onlardan yaxşıdırmı? Yoxsa Kitablarda sizə toxunulmazlıq vəd edilmişdir?
- Yoxsa onlar: “Biz qalib gələcək bir dəstəyik!”– deyirlər?
- Bu dəstə mütləq məğlub olacaq və arxaya dönüb qaçacaqdır.
- Xeyr! Onlara vəd edilmiş vaxt o Saatdır. O Saat isə daha ağır, daha acıdır.
- Şübhəsiz ki, günahkarlar azğınlıq və əzab-əziyyət içindədirlər.
- O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək (və onlara): “Cəhənnəmin təmini dadın!”– (deyiləcəkdir.)
- Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq.
- Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir.
- Biz (neçə-neçə) həmtaylarınızı məhv etmişik. Amma heç yada salan varmı?
- Onların etdiyi hər şey (əməllərinin yazıldığı) kitablarındadır.
- Hər bir kiçik və böyük (əməl) yazılmışdır.
- Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və çaylar kənarında,
- qadir Hökmdarın hüzurundakı haqq məclisində olacaqlar!