54. əl-Qamər

Last Updated: Dekabr 1st, 2022|Views: 171|5,1 min read|
bismillahir-rahmanir-rahim
  1. O Saat yaxınlaşdı və ay bölündü.
  2. Onlar bir möcüzə gördükdə üz döndərib: “(Bu,) tez keçib-gedən bir sehrdir” deyirlər.
  3. Onlar (Peyğəmbəri) yalançı saydılar və öz nəfslərinin istəklərinə tabe oldular. Halbuki hər bir iş bərqərar olacaqdır.
  4. Onlara (küfrdən) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.
  5. Bu böyük bir hikmətdir. Lakin (arxa çevirənlərə) təhdidlər nə fayda verə bilər?!
  6. Sən də onları tərk et! Carçının onları xoşagəlməz bir şeyə çağıracağı gün
  7. onlar zəlil baxışlarla gözlərini aşağı dikmiş halda ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.
  8. Kafirlər carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!”– deyəcəklər.
  9. Onlardan əvvəl Nuh qövmü (elçiləri) yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!”– dedilər və ona hədə-qorxu gəldilər.
  10. O, Rəbbinə yalvarıb: “Məni üstələdilər! (Mənə) kömək et!”– dedi.
  11. Biz göyün qapılarını leysan yağışı ilə açdıq.
  12. Yeri yarıb bulaqlar qaynatdıq. (Göydəntökülənvəyerdənçıxan) sular əzəldən yazılmış bir iş üçün bir-birinə qovuşdu.
  13. Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq.
  14. İnkar edilmiş (peyğəmbərə) mükafat olaraq o (gəmi) Gözlərimiz önündə üzüb gedirdi.
  15. Biz onu (həmin hadisəni) (nəsillərə) ibrət üçün saxladıq. Amma heç bir yada salan varmı?
  16. (Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!
  17. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
  18. Ad (qövmü) də (elçiləri) yalançı saydı. (Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!
  19. Biz uzun sürən uğursuz bir gündə onların üstünə çox soyuq külək göndərdik.
  20. O, insanları kökündən çıxardılmış xurma kötükləri kimi qopardıb atırdı.
  21. (Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!
  22. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
  23. Səmud (qövmü) də xəbərdarlıqları yalan saydı.
  24. Onlar dedilər: “Özümüzdən olan bir adamamı tabe olacağıq? Onda biz azğınlığa düşər və ağılsız iş görmüş olarıq!
  25. Zikr aramızdan təkcə onamı verildi? Xeyr, o, yalançıdır, lovğadır!”
  26. Sabah onlar kimin yalançı və lovğa olduğunu mütləq biləcəklər.
  27. Biz onları sınağa çəkmək üçün bir dişi dəvə göndərəcəyik. Sən isə gözlə və səbr et!
  28. Onlara xəbər ver ki, (bu) su, dəvə ilə onlar arasında bölüşdürülmüşdür. Hər biri su içməyə öz növbəsində gəlsin!”
  29. Onlar öz yoldaşlarını çağırdılar. O da dəvəni tutub diz vətərini kəsdi.
  30. (Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!
  31. Həqiqətən, Biz onlara bircə tükürpədici səs göndərdik və onlar mal-qara ağılında istifadə edilən quru saman kimi oldular.
  32. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
  33. Lut qövmü də xəbərdarlıqları yalan saydı.
  34. Biz onların üstünə (qasırğa ilə birgə) daşlar göndərdik. Yalnız Lutun ailəsini sübh çağı xilas etdik –
  35. Özümüzdən bir mərhəmət olaraq! Biz şükür edənləri belə mükafatlandırırıq.
  36. (Lut) onları Bizim əzabımızla hədələdi, onlar isə bu xəbərdarlıqlara şübhə ilə yanaşdılar.
  37. Onlar (Lutdan) qonaqlarını israrla tələb etdilər. Biz də onları kor etdik (və) (dedik): “Əzabımı və təhdidlərimi dadın!”
  38. Sübh tezdən onlara yaxalarından əl çəkməyəcək bir əzab gəldi.
  39. Elə isə əzabımı və təhdidlərimi dadın!
  40. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
  41. Xəbərdarlıqlar Firon nəslinə də göndərildi.
  42. Onlar dəlillərimizin hamısını yalan saydılar. Biz də onları Qüvvət və Qüdrətimizə layiq şəkildə əzabla yaxaladıq.
  43. Sizin kafirləriniz onlardan yaxşıdırmı? Yoxsa Kitablarda sizə toxunulmazlıq vəd edilmişdir?
  44. Yoxsa onlar: “Biz qalib gələcək bir dəstəyik!”– deyirlər?
  45. Bu dəstə mütləq məğlub olacaq və arxaya dönüb qaçacaqdır.
  46. Xeyr! Onlara vəd edilmiş vaxt o Saatdır. O Saat isə daha ağır, daha acıdır.
  47. Şübhəsiz ki, günahkarlar azğınlıq və əzab-əziyyət içindədirlər.
  48. O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək (və onlara): “Cəhənnəmin təmini dadın!”– (deyiləcəkdir.)
  49. Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq.
  50. Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir.
  51. Biz (neçə-neçə) həmtaylarınızı məhv etmişik. Amma heç yada salan varmı?
  52. Onların etdiyi hər şey (əməllərinin yazıldığı) kitablarındadır.
  53. Hər bir kiçik və böyük (əməl) yazılmışdır.
  54. Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və çaylar kənarında,
  55. qadir Hökmdarın hüzurundakı haqq məclisində olacaqlar!