45. əl-Casiyə
- Ha, Mim!
- Bu Kitab qüdrətli və hikmət sahibi Allah tərəfindən nazil edilmişdir.
- Şübhəsiz ki, göylərdə və yerdə möminlər üçün (Allahın varlığını və qüdrətini göstərən) dəlillər vardır.
- Sizin yaradılışınızda və (yer üzünə) yaydığı canlılarda da yəqinliklə inananlar üçün (Allahın varlığını və qüdrətini göstərən) dəlillər vardır.
- Gecə və gündüzün ard-arda gəlməsində, Allahın göydən ruzi (su) endirib onunla torpağı ölümündən sonra diriltməsində və küləkləri əsdirməsində də düşünüb dərk edənlər üçün (Allahın varlığını və qüdrətini göstərən) dəlillər vardır.
- Bunlar sənə haqq olaraq oxuduğumuz Allahın ayələridir. Elə isə onlar Allahdan və Onun ayələrindən sonra hansı sözə inanacaqlar?
- İftiraçı və günahkarların vay halına!
- O, özünə oxunan Allahın ayələrini eşidir, sonra da onları eşitmirmiş kimi təkəbbürlənərək (küfrdə) israr edir. Buna görə də ona acı bir əzabla müjdə ver!
- O, ayələrimizdən bir şey öyrəndiyi zaman onları ələ salır. Məhz belələri üçün alçaldıcı bir əzab vardır.
- Onlar cəhənnəmlə qarşılaşacaqlar. Nə qazandıqları, nə də Allahdan başqa dost tutduqları (bütlər) onlara bir fayda verəcək. Onları böyük bir əzab gözləyir.
- Bu (Quran) doğru yola aparan bir rəhbərdir. Rəbbinin ayələrini inkar edənlər üçün şiddətli və ağrılı-acılı bir əzab vardır.
- Əmri ilə gəmilərin üzməsi və sizin də Onun lütfündən ruzi axtarmağınız və şükür etməyiniz üçün dənizi sizin xidmətinizə verən Allahdır.
- O, göylərdə və yerdə nə varsa, hamısını Öz tərəfindən (bir lütf olaraq) sizin xidmətinizə vermişdir. Şübhəsiz ki, düşünüb öyüd alanlar üçün bunda (Allahın varlığını və qüdrətini göstərən) dəlillər vardır.
- İman gətirənlərə de ki, qazandıqları günahlar səbəbilə bir qövmü cəzalandırsın deyə Allahın (əzab) günlərini gözləməyənləri bağışlasınlar.
- Kim yaxşı bir iş görərsə, bu onun öz lehinə, kim də pis bir iş görərsə, bu onun öz əleyhinə olar. Sonra siz Rəbbinizə qaytarılacaqsınız.
- Həqiqətən, Biz İsrail oğullarına Kitab, hökm və peyğəmbərlik verdik. Onlara yaxşı nemətlərdən ruzi verdik və onları aləmlərdən (digər insanlardan) üstün etdik.
- Din barəsində onlara açıq-aydın dəlillər verdik. Ancaq onlara elm (dəlillər) gəldikdən sonra aralarındakı paxıllıq səbəbilə ixtilafa düşdülər. Şübhəsiz ki, Rəbbin ixtilafa düşdükləri məsələlər barəsində qiyamət günü onların arasında hökm verəcəkdir.
- Sonra səni də dində bir şəriət sahibi etdik. Sən ona tabe ol və bilməyənlərin arzularına uyma!
- Şübhəsiz ki, onlar səni Allahdan (Onun əzabından) heç cür qoruya bilməzlər. Həqiqətən, zalımlar bir-birinin dostudurlar. Allah isə müttəqilərin dostudur.
- Bu (Quran) insanlar üçün açıq-aydın dəlillər, yəqinliklə inananlar üçün də hidayət və rəhmətdir.
- Yoxsa pis işlər görənlər dünya həyatında və ölümdən sonra onları iman gətirib yaxşı işlər görənlərlə bir tutacağımızımı zənn edirlər?! Onlar necə də pis hökm verirlər!
- Hər kəs qazandığının əvəzini haqsızlığa məruz qalmadan ala bilsin deyə Allah göyləri və yeri haqqa aparan bir vasitə olaraq yaratmışdır.
- Nəfsinin istəklərini özünə ilah qəbul edəni gördünmü?! Allah onu Öz əzəli elmi ilə bildiyi üçün haqq yoldan azdırıb qulağını və qəlbini möhürləmiş, gözünə də pərdə çəkmişdir. Elə isə Allahdan başqa kim onu doğru yola yönəldə bilər?! Hələ də düşünüb öyüd almırsınızmı?
- Onlar: “Dünya həyatımızdan başqa heç bir həyat yoxdur. Ölürük və doğuluruq. Bizi yalnız zaman öldürür”, – dedilər. Bu barədə onların heç bir məlumatı yoxdur. Onlar ancaq belə zənn edirlər.
- Ayələrimiz onlara açıq-aydın oxunduğu zaman onların: “Əgər doğru deyirsinizsə, atalarımızı geri gətirin!” – demələrindən başqa dəlilləri yoxdur.
- De: “Allah sizi dirildir, sonra öldürür, sonra da haqqında heç bir şübhə olmayan qiyamət günü sizi bir yerə toplayacaqdır. Lakin insanların çoxu bunu dərk etmir”.
- Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. Qiyamətin qopacağı gün məhz o gün inkar edənlər ziyana uğrayacaqlar.
- Hər ümməti diz çökmüş bir vəziyyətdə görərsən. Hər ümmət öz əməl dəftərinə tərəf çağırılar. (Onlara belə deyilər:) “Bu gün sizə etdiyiniz əməllərin əvəzi veriləcəkdir!
- Bu, sizə qarşı həqiqəti söyləyən əməl dəftərimizdir. Biz etdiyiniz əməlləri yazdırırdıq”.
- İman gətirib yaxşı işlər görənləri isə Rəbbi Öz rəhmətinə (cənnətinə) daxil edəcəkdir. Bu, açıq-aydın uğurdur.
- Kafirlərə isə belə deyiləcəkdir: “Ayələrim sizə oxunmurdumu?! Ancaq siz təkəbbürləndiniz və günahkar oldunuz.
- Sizə: “Allahın (insanları yenidən dirildəcəyinə dair) vədi haqdır, qiyamət barəsində də heç bir şübhə yoxdur!” – deyildiyi zaman siz: “Qiyamətin nə olduğunu bilmirik. Onun yalnız bir zənn olduğunu güman edirik. Bizim bu haqda dəqiq bir məlumatımız yoxdur”, – demişdiniz”.
- Etdikləri əməllərin pislikləri onlara görünmüş və istehza etdikləri (əzab) onları bürümüşdür.
- Onlara belə deyilər: “Siz bu gününüzə qovuşacağınızı unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq. Sizin sığınacağınız yer cəhənnəmdir və heç bir yardımçınız olmayacaqdır!
- Bu ona görədir ki, siz Allahın ayələrini ələ salırdınız və dünya həyatı sizi aldatmışdı”. Bu gün onlar oradan çıxarılmayacaqlar və onlardan Allahın rizasını qazanmaları da tələb olunmayacaqdır.
- Göylərin, yerin və aləmlərin Rəbbi olan Allaha həmd olsun!
- Göylərdə və yerdə əzəmət Ona məxsusdur. O, qüdrətlidir, hikmət sahibidir!