37. əs-Saffat
- And olsun (göylərdə və yerdə) səf-səf duranlara,
- (imansızları )qətiyyətlə qovanlara
- və Zikrioxuyanlara!
- Həqiqətən, sizin məbudunuz Təkdir!
- O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriqlərin Rəbbidir.
- Biz dünya səmasını parlaq ulduzlarla bəzədik
- və (onu) hər bir asi şeytandan mühafizə etdik.
- Onlar artıq ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə (yandırıb yaxan alovlar) yağdırılar
- (və oradan) qovularlar. Onları uzun sürəcək bir əzab gözləyir.
- Lakin (şeytanlardan) hər kim (o söhbətlərdən bir söz) qapıb qaçarsa, onu yandırıb-yaxan parlaq bir alov təqib edər.
- (Kafirlərdən) soruş ki, onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? Biz ki onları yapışqan kimi palçıqdan yaratdıq.
- Sən onlara təəccüb edirsən, onlar isə (səni) ələ salırlar.
- Onlara xatırlatdıqda düşünüb ibrət almırlar.
- Bir möcüzə gördükdə isə ona istehza edir
- və deyirlər: “Bu ancaq gözlə görülən bir sehrdir.
- Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi?
- Ya da atalarımızmı (dirildiləcəklər)?”
- De: “Bəli, özü də, zəlil günə qalmış olduğunuz halda (dirildiləcəksiniz)”.
- Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən (dirilib) görməyə başlayacaqlar.
- (Günahkarlar) deyəcəklər: “Vay halımıza! Bu ki, Haqq-hesab günüdür!”
- (Onlara deyiləcək:) “Bu, yalan saydığınız Fərqləndirmə günüdür!”
- (Mələklərə belə əmr olunacaq:) “Toplayın bir yerə zalımları, onların yoldaşlarını və ibadət etdiklərini –
- Allahdan başqa. Onları Cəhənnəm yoluna yönəldin.
- Onları dayandırın, çünki onlar sorğu-sual olunacaqlar”.
- (Günahkarlara deyiləcək:) “Sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?”
- Bəli, onlar bu gün baş əyəcəklər!
- Onlar bir-birinə üz tutub soruşacaqlar.
- (Tabe olanlar) deyəcəklər: “Siz bizim yanımıza sağ tərəfdən gəlirdiniz”.
- (Başçılar) deyəcəklər: “Xeyr! Siz inanan adamlar deyildiniz.
- Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz həddi aşmış adamlar idiniz.
- Rəbbimizin Sözü bizim barəmizdə həqiqətə çevrildi. Biz (əzabı) hökmən dadacağıq.
- Biz sizi azdırdıq. Çünki biz özümüz də azmış adamlar idik”.
- Şübhəsiz ki, həmin gün onlar əzaba şərik olacaqlar.
- Həqiqətən, Biz günahkarlarla belə rəftar edəcəyik.
- Çünki onlara: “Allahdan başqa (ibadətə layiq olan) məbud yoxdur!”– deyildikdə təkəbbür göstərir
- və deyirdilər: “Məgər bir məcnun şairə görə məbudlarımızı tərk edəcəyik?”
- Xeyr! O, haqqı gətirdi və (əvvəlki) peyğəmbərləri təsdiqlədi.
- Siz mütləq ağrılı-acılı əzabı dadacaqsınız.
- Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız.
- Lakin Allahın seçilmiş (ixlaslı) qulları müstəsnadırlar.
- Məhz onlar üçün müəyyən bir ruzi vardır –
- (Cənnət) meyvələri. Onlara ehtiram göstəriləcəkdir –
- Nəim bağlarında.
- Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz (oturacaqlar).
- Onlar üçün çeşmə şərabı ilə dolu piyalələr dolandırılacaqdır.
- Özü də ağappaq, içənlərə ləzzət verən (bir şərab).
- O (şərab) nə baş ağrısı verər, nə də ondan məst olarlar.
- Onların yanında baxışları (öz ərlərinə) dikilmiş iri qaragözlü hurilər olacaqdır.
- Özü də qorunub saxlanılmış yumurta kimi (hurilər).
- Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar.
- Onlardan biri deyəcək: “Mənim bir yoldaşım var idi.
- O deyirdi: “Sən də inananlardansan?
- Məgər biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra haqq-hesaba çəkilib cəzalandırılacağıq?”
- O (sözünə) (davam edib) deyəcək: “Siz (onun harada olduğunu) görmək istəyirsinizmi?”
- O özü baxıb (yoldaşını) Cəhənnəmin ortasında görəcək
- və deyəcəkdir: “Allaha and olsun ki, sən məni də məhv edəcəkdin.
- Əgər Rəbbimin lütfü olmasaydı, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım.
- Doğrudanmı biz bir daha ölməyəcəyik –
- ilk ölümümüzdən başqa? Doğrudanmı biz heç vaxt əzaba düçar olmayacağıq?”
- Həqiqətən, bu, böyük uğurdur.
- Qoy çalışanlar bunun üçün çalışsınlar!
- Bu ziyafət yaxşıdır, yoxsa zəqqum ağacı?
- Biz onu zalımlar üçün bir sınaq etdik.
- O, Cəhənnəmin lap dibindən bitib çıxan bir ağacdır.
- Onun meyvəsi şeytanların başları kimidir.
- (Günahkarlar) ondan yeyib qarınlarını dolduracaqlar.
- Sonra da üstündən onları qaynar su ilə qatışdırılmış bir içki gözləyir.
- Sonra onlar mütləq Cəhənnəmə qaytarılacaqlar.
- Həqiqətən, onlar ata-babalarını azmış gördülər,
- özləri də tez-tələsik onların izini tutub getdilər.
- Həqiqətən, onlardan öncə əvvəlki nəsillərin çoxu zəlalətə düşmüşdü.
- Biz onlara xəbərdar edən (peyğəmbərlər) göndərmişdik.
- Bax gör xəbərdar edilənlərin aqibəti necə oldu.
- Yalnız Allahın seçilmiş (səmimi) qullarından başqa.
- Nuh Bizə yalvarıb yaxardı. Biz (çağırışa) necə də gözəl cavab verənik!
- Biz onu və ailəsini böyük sıxıntıdan qurtardıq.
- Təkcə onun nəslini qoruyub saxladıq.
- Sonra gələnlər arasında onun üçün (gözəl xatirə) qoyduq;
- aləmlər içərisində Nuha salam olsun!
- Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
- Həqiqətən, o Bizim mömin qullarımızdandır.
- Sonra o birilərini suya qərq etdik.
- Həqiqətən, İbrahim onun ardıcıllarından idi.
- Bir zaman o, öz Rəbbinin yanına pak bir qəlblə gəldi.
- Onda o, öz atasına və qövmünə dedi: “Siz nəyə sitayiş edirsiniz?
- Allahı qoyub uydurma məbudlarımı diləyirsiniz?
- Aləmlərin Rəbbi barəsində nə düşünürsünüz?”
- O, ulduzlara bir nəzər salaraq
- “Mən xəstəyəm!”– dedi.
- Onlar ondan üz çevirib çıxıb getdilər.
- O, xəlvətcə onların məbudlarının yanına gəlib (istehza ilə) dedi: “Siz (bu təamları) yemirsiniz?
- Sizə nə olub ki, danışmırsınız?”
- Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi.
- (Bütpərəstlər) tələsik onun yanına gəldilər.
- O dedi: “Siz yonub düzəltdiklərinizəmi sitayiş edirsiniz?
- Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”.
- Onlar dedilər: “Bundan ötrü bir bina tikin və onu orada odlayın!”
- Onlar (İbrahimə) hiylə qurmaq istədilər, Biz də onları rüsvay etdik.
- (O dedi): “Mən Rəbbimə doğru gedirəm. O məni doğru yola yönəldəcəkdir”.
- O dedi: “Ey Rəbbim! Mənə əməlisalehlərdən olan (övlad) bəxş et!”
- Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik.
- O, böyüyüb (atası ilə) bərabər çalışmaq həddinə çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa mənim səbrlilərdən olduğumu görəcəksən”.
- Hər ikisi (Allahın əmrinə) tabe olduqları və (İbrahim) onu üzüstə yerə yıxdığı zaman
- Biz onu çağırıb dedik: “Ey İbrahim!
- Artıq sən yuxunu təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
- Həqiqətən də bu, açıq-aydın bir imtahandır.
- Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik.
- Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq.
- İbrahimə salam olsun!

- Həqiqətən, o, Bizim mömin qullarımızdandır.
- Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müjdə verdik.
- Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənləri də var, açıq-aydın özünə zülm edənləri də.
- Biz Musa ilə Haruna da nemət bəxş etdik.
- Onların hər ikisini və tayfalarını böyük sıxıntıdan qurtardıq.
- Onlara kömək göstərdik və qalib gəldilər.
- Hər ikisinə aydın bir Kitab verdik.
- Hər ikisini də doğru yola yönəltdik.
- Sonradan gələnlər arasında hər ikisinə (gözəl xatirə) qoyduq.
- Musaya və Haruna salam olsun!

- Həqiqətən, onların ikisi də Bizim mömin qullarımızdandır.
- Şübhəsiz ki, İlyas da elçilərdəndir.
- Bir zaman o öz qövmünə demişdi: “Məgər qorxmursunuz?
- Siz yaradanların ən yaxşısını qoyub niyə Bələ yalvarırsınız –
- həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbi olan Allahımı (tərk edirsiniz)?”
- Onlar onu yalançı saydılar. Ona görə də hamısı (Cəhənnəmə) gətiriləcəkdir.
- Yalnız Allahın seçilmiş (səmimi )qullarından başqa.

- İlyasinə salam olsun!

- Şübhəsiz ki, Lut da elçilərdəndir.
- Bir zaman Biz onu və bütün ailəsini xilas etdik.
- Yalnız geridə qalanların içində olan yaşlı bir qadından başqa.
- Sonra da o birilərini yerli-dibli yox etdik.
- Siz həm səhər çağı onların yanından keçirsiniz,
- həm də axşam çağı. Məgər anlamırsınız?
- Yunus da, həqiqətən, elçilərdəndir.
- Bir zaman o, yüklü bir gəmiyə tərəf qaçdı.
- Başqaları ilə birlikdə püşk atdı və uduzanlardan oldu.
- O, qınanmağa layiq olduqda balıq onu uddu.
- Əgər o, Allaha tərif deyənlərdən olmasaydı,
- balığın qarnında Qiyamət gününə qədər qalardı.
- O, halsız olduğu vəziyyətdə onu sahilə çıxartdıq.
- Onun başı üstündə balqabaq tağı bitirdik.
- Biz onu yüz mindən də daha çox adama (peyğəmbər) göndərdik.
- Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik.
- (Kafirlərdən) soruş: “Nəyə görə qızlar sənin Rəbbinin, oğlanlar isə onların olmalıdır?”
- Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da (buna) şahid olublar?
- Həqiqətən, onlar yalan uydurub deyirlər:
- “Allah doğmuşdur”. Şübhəsiz ki, onlar yalançıdırlar.
- Məgər (Allah) qızları oğlanlardan üstünmü tutmuşdur?
- Sizə nə olub, bu necə mühakimədir yürüdürsünüz?
- Məgər düşünüb ibrət almayacaqsınız?
- Yoxsa sizin aydın bir dəliliniz vardır?
- Əgər doğru deyirsinizsə, kitabınızı gətirin!
- Onlar Allahla cinlər arasında qohumluq olduğunu uydurdular. Həqiqətən, cinlər onların (Cəhənnəmə) gətiriləcəyini bilirlər.
- Allah onların (Ona) aid etdikləri sifətlərdən uzaqdır.

- (Ey müşriklər!) Nə siz, nə də sizin tapındıqlarınız
- (heç kəsi) (Allaha) qarşı yoldan çıxara bilməzsiniz;
- ancaq Cəhənnəmə girəcək kimsədən başqa.
- (Mələklər dedi): “Bizlərdən hər kəsin müəyyən bir yeri vardır.
- Həqiqətən, biz səf-səf dururuq.
- Həqiqətən, biz (Allahın şəninə) təriflər deyirik”.
- (Müşriklər )deyirdilər:
- “Əgər bizdə də əvvəlkilərdə olan zikrdən olsaydı,
- biz mütləq Allahın seçilmiş (səmimi) qulları olardıq”.
- Lakin onlar onu inkar etdilər. Onlar tezliklə biləcəklər.
- Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi:
- “Həqiqətən, onlara kömək göstəriləcəkdir.
- Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür”.
- Sən bir müddət onlardan üz çevir!
- Onlara bax! Onlar tezliklə (əzabı) görəcəklər.
- Onlar əzabımızın tezliklə gəlməsinimi istəyirlər?
- Əzab onların yurdlarına endiyi zaman qorxudulanların sabahı necə də pis olacaq!

- Qüdrət sahibi olan Rəbbin pakdır, müşriklərin (Ona) aid etdikləri sifətlərdən uzaqdır.
- Elçilərə salam olsun!
- Aləmlərin Rəbbi olan Allaha həmd olsun!