26. əş-Şuəra (Şairlər)
- Ta. Sin. Mim.
- Bunlar aydın Kitabın ayələridir.
- Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?
- Biz istəsəydik, göydən onlara elə bir əlamət göndərərik ki, onun önündə başları itaətkarlıqla əyilərdi.
- Ər-Rəhmandan onlara elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər.
- Onlar (ayələri) uydurma saydılar. Məsxərəyə qoyduqlarının xəbəri onlara yetişəcəkdir.
- Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdiyimizi görmürlərmi?
- Həqiqətən də, bunda bir əlamət vardır. Lakin onların əksəriyyəti mömin olmadı.
- Bəli, sənin Rəbbin Qüdrətlidir, Mərhəmətlidir.
- Bir zaman Rəbbin Musaya demişdi: “Get o zalım qövmün –
- Firon xalqının yanına! Onlar qorxmurlarmı?”
- (Musa) dedi: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr,
- (belə olduqda) ürəyim sıxılar, dilim də söz tutmaz. Buna görə Haruna da (vəhy) göndər.
- Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram”.
- (Allah) dedi: “Xeyr, (bu mümkün deyil)! İkiniz də möcüzələrimizlə (onların yanına) gedin! Şübhəsiz ki, Biz də sizinləyik, (hər şeyi) eşidirik.
- Fironun yanına gedib deyin: “Biz aləmlərin Rəbbinin elçiləriyik!
- İsrail oğullarını bizimlə birgə burax!”
- (Firon) dedi: “Biz səni körpə ikən (götürüb saxlayıb) boya-başa çatdırmadıqmı? Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı?
- Elədiyin (pis) əməli də elədin. (Doğrudan da,) sən bir nankorsan!”
- (Musa) dedi: “Mən onu edəndə nadan olmuşam.
- Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim. Amma sonradan Rəbbim mənə hökmranlıq (peyğəmbərlik) verdi və məni elçilərdən etdi.
- Başıma qaxdığın o qayğılarınız isə, İsrail oğullarını kölə etmək məqsədi ilə edilirdi”.
- Firon dedi: “Aləmlərin Rəbbi nədir?”
- (Musa) dedi: “Əgər yəqinliklə inanırsınızsa, (bilin ki,) O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!”
- Firon ətrafındakılara dedi: “(Onun nə danışdığını) eşitmirsinizmi?”
- (Musa) dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!”
- (Firon) dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!”
- (Musa) dedi: “Əgər anlayırsınızsa, (bilin ki,) O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!”
- (Firon) dedi: “Əgər məndən başqasını özünə tanrı qəbul etsən, səni məhbusların yanına ataram!”
- (Musa) dedi: “Bəs sənə açıq-aşkar bir şey göstərsəm necə?”
- (Firon) dedi: “Əgər doğru danışanlardansansa, göstər onu!”
- (Musa) əsasını (yerə) atınca, o dərhal dönüb açıq-aşkar bir ilana çevrildi.
- Əlini (qoynundan) çıxardan kimi o, baxanların (gözü qabağında) ağappaq (nur saçan bir əl) oldu.
- (Firon) ətrafındakı zadəganlara dedi: “Həqiqətən də, bu, bilikli bir sehrbazdır!
- O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?”
- Onlar dedilər: “Onu qardaşı ilə bir qədər gözlət və şəhərlərə (adam) yığanlar göndər ki,
- bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”.
- Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar.
- Camaata deyildi: “Siz də yığışmırsınızmı?
- Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq”.
- Sehrbazlar gələn kimi Firona dedilər: “Əgər qalib gəlsək, bizə mükafat veriləcəkmi?”
- (Firon) dedi: “Bəli! Belə olacağı təqdirdə sizi (özümə) yaxın adamlardan edəcəyəm”.
- Musa onlara dedi: “Nə atacaqsınızsa, atın!”
- Onlar iplərini və dəyənəklərini yerə atıb: “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!”– dedilər.
- Sonra Musa əsasını atdı və (əsa) onların düzəltdikləri şeyləri uddu.
- Sehrbazlar səcdəyə qapandılar,
- və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə –
- Musanın və Harunun Rəbbinə!”
- (Firon) dedi: “Mən sizə izn verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”.
- Onlar dedilər: “Zərər yox, biz (onsuz da) öz Rəbbimizə qayıdacağıq.
- Biz (Firon xalqı arasından) ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq”.
- Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız”(– deyə) vəhy etdik.
- Firon şəhərlərə (əsgər) toplayanlar göndərdi.
- (O dedi:) “Bunlar kiçik bir dəstədir.
- Onlar bizi qəzəbləndirmişlər.
- Biz hamımız ayıq-sayıq olmalıyıq”.
- Biz onları (o zalım tayfanı) bağlardan və çeşmələrdən çıxartdıq;
- xəzinələrdən və gözəl yerlərdən də (qovduq).
- Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik.
- Günəş üfüqdən qalxarkən (Firon öz)(əsgərləri)(ilə)onları izləməyə başladılar.
- İki dəstə bir-birini görüncə Musanın səhabələri: “Biz yaxalanacağıq!”– dedilər.
- (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mənə doğru yol göstərəcəkdir!”
- Biz Musaya: “Əsanla dənizə vur!”(– deyə) vəhy etdik (Dəniz) dərhal yarıldı, (on iki yol açıldı) və hər biri nəhəng bir dağ kimi oldu.
- O birilərini də ora yaxınlaşdırdıq.
- Musa və onunla birlikdə olanların hamısını xilas etdik.
- O birilərini isə suya qərq etdik.
- Şübhəsiz ki, bu (hekayətdə) bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi.
- Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
- Onlara İbrahimin əhvalatını da oxu.
- Bir zaman o, öz atasına və tayfasına: “Nəyə ibadət edirsiniz?”– demişdi.
- Onlar dedilər: “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik”.
- O dedi: “Onlara yalvardığınız zaman sizi eşidirlərmi?
- Yaxud sizə xeyir və ya zərər verirlərmi?”
- Onlar dedilər: “Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük”.
- O dedi: “Siz nəyə ibadət etdiyinizi görürsünüzmü –
- həm siz, həm də ulu babalarınız?
- Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir.
- O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir;
- O Rəbb ki, məni yedirdir və içirdir;
- O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir;
- O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir;
- O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram.
- Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur!
- Sonra gələnlər arasında (həmişə yad)(edilim)(deyə) mənə yaxşı ad qismət elə!
- Məni Nəim bağının varislərindən et!
- Atamı bağışla! Çünki o, azanlardandır.
- Onların dirildiləcəyi gün məni rüsvay etmə!
- O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək.
- Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!”
- Cənnət müttəqilərə yaxınlaşdırılar.
- Cəhənnəm də azğınlara göstərilər.
- Onlara deyilər: “Hanı sizin sitayiş etdikləriniz –
- Allahdan başqa (pənah apardıqlarınız)? Onlar sizə kömək edə bilərlərmi, yaxud özlərinə köməkləri dəyə bilərmi?”
- Onlar azğınlarla birlikdə oraya (Cəhənnəmə) atılarlar,
- İblisin bütün əsgərləri də habelə.
- Onlar orada höcətləşərək deyərlər:
- “Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik –
- o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq.
- Bizi ancaq günahkarlar azdırdı.
- İndi isə bizim nə şəfaətçilərimiz,
- nə də (bizə) canıyanan bir dostumuz var!
- Bir də (dünyaya) qayıda bilsəydik, möminlərdən olardıq!”
- Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.

- Nuh tayfası da elçiləri yalançı saydı.
- Qardaşları Nuh onlara o vaxt deyəndə ki: “Məgər qorxmursunuz?
- Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm.
- Allahdan qorxun və mənə itaət edin.
- Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
- Allahdan qorxun və mənə itaət edin!”
- Onlar dedilər: “Sənə ən rəzil adamlar tabe olduğu halda biz sənə inanarıqmı?”
- (Nuh )dedi: “Mən onların nə etdiklərini bilmirəm!
- Onların haqq-hesabı yalnız Rəbbimə aiddir. Kaş başa düşəydiniz!
- Mən iman gətirənləri qovan deyiləm.
- Mən yalnız açıq-aşkar bir qorxudanam”.
- Onlar dedilər: “Ey Nuh! Əgər (dəvətinə) son qoymasan, mütləq daşqalaq ediləcəksən”.
- (Nuh) dedi: “Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi.
- Mənimlə onlar arasında qəti hökm ver, məni və mənimlə birlikdə olan möminləri (əzabdan) qurtar!”
- Biz onu və onunla birlikdə olanları yüklü gəmidə xilas etdik.
- Yerdə qalanları isə suya qərq etdik.

- Ad tayfası da elçiləri yalançı saydı.
- Qardaşları Hud o vaxt onlara deyəndə ki: “Məgər qorxmursunuz?
- Həqiqətən, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm.
- Allahdan qorxun və mənə itaət edin!

- Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurursunuz (hündür binalarmı tikirsiniz)?
- Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz?
- (Bir kəsi) yaxaladığınız zaman qəddar hökmdar kimi yaxalayırsınızmı?
- Allahdan qorxun və mənə itaət edin!
- Bildiyiniz nemətləri sizə verəndən qorxun.
- O sizə heyvanat və oğul-uşaq verdi,
- (üstəlik) bağlar və çeşmələr də əta etdi.
- Mən sizə üz verəcək böyük günün əzabından qorxuram”.
- Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün birdir.
- Bu, yalnız və yalnız əvvəlkilərin adətidir.
- Biz əzaba düçar olan da deyilik”.
- Onlar onu yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.

- Səmud tayfası da elçiləri yalançı saydı.
- Qardaşları Saleh o zaman onlara dedikdə ki: “Məgər qorxmursunuz?
- Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm.

- Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız?
- Bağlar və bulaqlar içində,
- əkinlər və yumşaq meyvəli xurmalıqlar içində (arxayınlıqla qalacaqsınız)?
- Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz?
- Allahdan qorxun və mənə itaət edin!
- Həddi aşanların əmrinə tabe olmayın.
- Onlar yer üzündə fəsad törədir və (özlərini günahdan) təmizləmirlər”.
- Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən.
- Sən də bizim kimi ancaq bir insansan. Əgər doğru danışanlardansansa, bizə bir möcüzə göstər”.
- (Saleh) dedi: “(Möcüzə) bu dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. (Bir gün o, su içməli, bir gün də siz içməlisiniz).
- Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar”.
- Onlar dəvənin diz vətərini kəsdilər, sonra da peşman oldular.
- Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.

- Lut tayfası da elçiləri yalançı saydı.
- Qardaşları Lut o zaman onlara dedikdə ki: “Məgər qorxmursunuz?

- Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir
- və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan adamlarsınız”.
- Onlar dedilər: “Ey Lut! Əgər (təbliğatına)son qoymasan, mütləq qovulanlardan olacaqsan!”
- O dedi: “Mən sizin əməllərinizə nifrət edənlərdənəm.
- Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!”
- Biz onu və onun bütün ailəsini xilas etdik.
- Geridə qalanlar arasındakı yaşlı qadından başqa.
- Sonra da o birilərini yerli-dibli yox etdik.
- Biz onların üstünə (daşlardan) yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş!

- Əykə əhli də elçiləri təkzib etdi.
- O zaman ki, Şueyb onlara dedi: “Məgər qorxmursunuz?

- Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın.
- Düz tərəzi ilə çəkin.
- İnsanların əşyalarını əksik verməyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin.
- Sizi və əvvəlki nəsilləri Yaradandan qorxun!”

- Sən də bizim kimi ancaq bir insansan. Biz səni yalançılardan (biri )hesab edirik.
- Əgər, doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə endir”.
- (Şueyb )dedi: “Rəbbim sizin nələr etdiyinizi daha yaxşı bilir”.
- Onlar isə onu yalançı saydılar və buna görə də kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi.

- Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir.
- Onu sadiq Ruh (Cəbrail) endirdi –
- sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan.
- (Bu Quran) açıq-aydın ərəb dilində (nazil edildi).
- Şübhəsiz ki, o, keçmiş ümmətlərin kitablarında da xatırlanır.
- Məgər İsrail oğullarından olan alimlərin onu bilmələri bunlar üçün bir dəlil deyilmi?
- Əgər Biz onu ərəb olmayanlardan birinə nazil etsəydik,
- və o, bunu onlara oxusaydı, yenə də ona iman gətirməzdilər.
- Biz (küfrü )günahkarların qəlbinə belə salarıq.
- Onlar üzücü əzabı görməyənədək ona inanmazlar.
- O (əzab) onlara özləri də hiss etmədən qəflətən gələcəkdir.
- Onlardeyəcəklər: “Bizə möhlət veriləcəkmi?”
- Yenədəmi əzabımızın tez gəlməsini istəyirlər?
- Bilirsənmi, əgər onlara illərcə firavanlıq nəsib etsək,
- sonra vəd olunduqları (əzab) onlara yetişsə,
- onlara nəsib olmuş firavanlıq (əzabımızı) onlardan dəf edə bilməz.
- Biz heç bir kəndi onu xəbərdar edənlər olmadan məhv etmədik.
- (Xəbərdar edənləri də) öyüd-nəsihət vermək üçün (göndərdik). Biz əsla zalım olmamışıq!
- (Quranı )şeytanlar endirmədi.
- Onlar buna layiq deyildirlər və (bunu) bacara da bilməzlər.
- Çünki onlar (vəhyə) qulaq asmaqdan kənar edilmişdilər.
- Odur ki, Allahla yanaşı başqa bir tanrıya ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan.
- Ən yaxın qohumlarını qorxut!
- Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)!
- Əgər onlar sənə asi olsalar, de: “Şübhəsiz ki, mən sizin etdiyiniz əməllərdən uzağam!”
- Qüdrətli və Rəhmli olana təvəkkül et!
- O, səni (namaza) duranda da görür,
- səcdə edənlər içində hərəkət edəndə də.
- Həqiqətən də, O, Eşidəndir, Biləndir!
- Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?
- Onlar hər bir yalançıya və günahkara nazil olarlar.
- (Şeytanlar vəhydən) eşitdiklərini (kahinlərə) təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır!
- Şairlərə gəldikdə isə, onlara ancaq azğınlar uyar.
- Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gəzir (hər mövzuda şer uydurur)
- və etmədikləri şeylərə aid söhbət açırlar?
- Təkcə iman sahibi olub xeyirxah əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqdan sonra (dini) müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər.