26. əş-Şuəra (Şairlər)

Last Updated: Noyabr 27th, 2022|Views: 200|17,2 min read|
bismillahir-rahmanir-rahim
  1. Ta. Sin. Mim.
  2. Bunlar aydın Kitabın ayələridir.
  3. Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?
  4. Biz istəsəydik, göydən onlara elə bir əlamət göndərərik ki, onun önündə başları itaətkarlıqla əyilərdi.
  5. Ər-Rəhmandan onlara elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər.
  6. Onlar (ayələri) uydurma saydılar. Məsxərəyə qoyduqlarının xəbəri onlara yetişəcəkdir.
  7. Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdiyimizi görmürlərmi?
  8. Həqiqətən də, bunda bir əlamət vardır. Lakin onların əksəriyyəti mömin olmadı.
  9. Bəli, sənin Rəbbin Qüdrətlidir, Mərhəmətlidir.
  10. Bir zaman Rəbbin Musaya demişdi: “Get o zalım qövmün –
  11. Firon xalqının yanına! Onlar qorxmurlarmı?”
  12. (Musa) dedi: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr,
  13. (belə olduqda) ürəyim sıxılar, dilim də söz tutmaz. Buna görə Haruna da (vəhy) göndər.
  14. Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram”.
  15. (Allah) dedi: “Xeyr, (bu mümkün deyil)! İkiniz də möcüzələrimizlə (onların yanına) gedin! Şübhəsiz ki, Biz də sizinləyik, (hər şeyi) eşidirik.
  16. Fironun yanına gedib deyin: “Biz aləmlərin Rəbbinin elçiləriyik!
  17. İsrail oğullarını bizimlə birgə burax!”
  18. (Firon) dedi: “Biz səni körpə ikən (götürüb saxlayıb) boya-başa çatdırmadıqmı? Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı?
  19. Elədiyin (pis) əməli də elədin. (Doğrudan da,) sən bir nankorsan!”
  20. (Musa) dedi: “Mən onu edəndə nadan olmuşam.
  21. Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim. Amma sonradan Rəbbim mənə hökmranlıq (peyğəmbərlik) verdi və məni elçilərdən etdi.
  22. Başıma qaxdığın o qayğılarınız isə, İsrail oğullarını kölə etmək məqsədi ilə edilirdi”.
  23. Firon dedi: “Aləmlərin Rəbbi nədir?”
  24. (Musa) dedi: “Əgər yəqinliklə inanırsınızsa, (bilin ki,) O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!”
  25. Firon ətrafındakılara dedi: “(Onun nə danışdığını) eşitmirsinizmi?”
  26. (Musa) dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!”
  27. (Firon) dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!”
  28. (Musa) dedi: “Əgər anlayırsınızsa, (bilin ki,) O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!”
  29. (Firon) dedi: “Əgər məndən başqasını özünə tanrı qəbul etsən, səni məhbusların yanına ataram!”
  30. (Musa) dedi: “Bəs sənə açıq-aşkar bir şey göstərsəm necə?”
  31. (Firon) dedi: “Əgər doğru danışanlardansansa, göstər onu!”
  32. (Musa) əsasını (yerə) atınca, o dərhal dönüb açıq-aşkar bir ilana çevrildi.
  33. Əlini (qoynundan) çıxardan kimi o, baxanların (gözü qabağında) ağappaq (nur saçan bir əl) oldu.
  34. (Firon) ətrafındakı zadəganlara dedi: “Həqiqətən də, bu, bilikli bir sehrbazdır!
  35. O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?”
  36. Onlar dedilər: “Onu qardaşı ilə bir qədər gözlət və şəhərlərə (adam) yığanlar göndər ki,
  37. bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”.
  38. Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar.
  39. Camaata deyildi: “Siz də yığışmırsınızmı?
  40. Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq”.
  41. Sehrbazlar gələn kimi Firona dedilər: “Əgər qalib gəlsək, bizə mükafat veriləcəkmi?”
  42. (Firon) dedi: “Bəli! Belə olacağı təqdirdə sizi (özümə) yaxın adamlardan edəcəyəm”.
  43. Musa onlara dedi: “Nə atacaqsınızsa, atın!”
  44. Onlar iplərini və dəyənəklərini yerə atıb: “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!”– dedilər.
  45. Sonra Musa əsasını atdı və (əsa) onların düzəltdikləri şeyləri uddu.
  46. Sehrbazlar səcdəyə qapandılar,
  47. və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə –
  48. Musanın və Harunun Rəbbinə!”
  49. (Firon) dedi: “Mən sizə izn verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”.
  50. Onlar dedilər: “Zərər yox, biz (onsuz da) öz Rəbbimizə qayıdacağıq.
  51. Biz (Firon xalqı arasından) ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq”.
  52. Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız”(– deyə) vəhy etdik.
  53. Firon şəhərlərə (əsgər) toplayanlar göndərdi.
  54. (O dedi:) “Bunlar kiçik bir dəstədir.
  55. Onlar bizi qəzəbləndirmişlər.
  56. Biz hamımız ayıq-sayıq olmalıyıq”.
  57. Biz onları (o zalım tayfanı) bağlardan və çeşmələrdən çıxartdıq;
  58. xəzinələrdən və gözəl yerlərdən də (qovduq).
  59. Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik.
  60. Günəş üfüqdən qalxarkən (Firon öz)(əsgərləri)(ilə)onları izləməyə başladılar.
  61. İki dəstə bir-birini görüncə Musanın səhabələri: “Biz ya­­xalanacağıq!”– dedilər.
  62. (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mənə doğru yol göstərəcəkdir!”
  63. Biz Musaya: “Əsanla dənizə vur!”(– deyə) vəhy etdik (Dəniz) dərhal yarıldı, (on iki yol açıldı) və hər biri nəhəng bir dağ kimi oldu.
  64. O birilərini də ora yaxınlaşdırdıq.
  65. Musa və onunla birlikdə olanların hamısını xilas etdik.
  66. O birilərini isə suya qərq etdik.
  67. Şübhəsiz ki, bu (hekayətdə) bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi.
  68. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
  69. Onlara İbrahimin əhvalatını da oxu.
  70. Bir zaman o, öz atasına və tayfasına: “Nəyə ibadət edirsiniz?”– demişdi.
  71. Onlar dedilər: “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik”.
  72. O dedi: “Onlara yalvardığınız zaman sizi eşidirlərmi?
  73. Yaxud sizə xeyir və ya zərər verirlərmi?”
  74. Onlar dedilər: “Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük”.
  75. O dedi: “Siz nəyə ibadət etdiyinizi görürsünüzmü –
  76. həm siz, həm də ulu babalarınız?
  77. Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir.
  78. O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir;
  79. O Rəbb ki, məni yedirdir və içirdir;
  80. O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir;
  81. O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir;
  82. O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram.
  83. Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur!
  84. Sonra gələnlər arasında (həmişə yad)(edilim)(deyə) mənə yaxşı ad qismət elə!
  85. Məni Nəim bağının varislərindən et!
  86. Atamı bağışla! Çünki o, azanlardandır.
  87. Onların dirildiləcəyi gün məni rüsvay etmə!
  88. O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək.
  89. Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!”
  90. Cənnət müttəqilərə yaxınlaşdırılar.
  91. Cəhənnəm də azğınlara göstərilər.
  92. Onlara deyilər: “Hanı sizin sitayiş etdikləriniz –
  93. Allahdan başqa (pənah apardıqlarınız)? Onlar sizə kömək edə bilərlərmi, yaxud özlərinə köməkləri dəyə bilərmi?”
  94. Onlar azğınlarla birlikdə oraya (Cəhənnəmə) atılarlar,
  95. İblisin bütün əsgərləri də habelə.
  96. Onlar orada höcətləşərək deyərlər:
  97. “Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik –
  98. o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq.
  99. Bizi ancaq günahkarlar azdırdı.
  100. İndi isə bizim nə şəfaətçilərimiz,
  101. nə də (bizə) canıyanan bir dostumuz var!
  102. Bir də (dünyaya) qayıda bilsəydik, möminlərdən olardıq!”
  103. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
  104. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
  105. Nuh tayfası da elçiləri yalançı saydı.
  106. Qardaşları Nuh onlara o vaxt deyəndə ki: “Məgər qorxmursunuz?
  107. Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm.
  108. Allahdan qorxun və mənə itaət edin.
  109. Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
  110. Allahdan qorxun və mənə itaət edin!”
  111. Onlar dedilər: “Sənə ən rəzil adamlar tabe olduğu halda biz sənə inanarıqmı?”
  112. (Nuh )dedi: “Mən onların nə etdiklərini bilmirəm!
  113. Onların haqq-hesabı yalnız Rəbbimə aiddir. Kaş başa düşəydiniz!
  114. Mən iman gətirənləri qovan deyiləm.
  115. Mən yalnız açıq-aşkar bir qorxudanam”.
  116. Onlar dedilər: “Ey Nuh! Əgər (dəvətinə) son qoymasan, mütləq daşqalaq ediləcəksən”.
  117. (Nuh) dedi: “Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi.
  118. Mənimlə onlar arasında qəti hökm ver, məni və mənimlə birlikdə olan möminləri (əzabdan) qurtar!”
  119. Biz onu və onunla birlikdə olanları yüklü gəmidə xilas etdik.
  120. Yerdə qalanları isə suya qərq etdik.
  121. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
  122. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
  123. Ad tayfası da elçiləri yalançı saydı.
  124. Qardaşları Hud o vaxt onlara deyəndə ki: “Məgər qorxmursunuz?
  125. Həqiqətən, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm.
  126. Allahdan qorxun və mənə itaət edin!
  127. Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
  128. Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurursunuz (hündür binalarmı tikirsiniz)?
  129. Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz?
  130. (Bir kəsi) yaxaladığınız zaman qəddar hökmdar kimi yaxalayırsınızmı?
  131. Allahdan qorxun və mənə itaət edin!
  132. Bildiyiniz nemətləri sizə verəndən qorxun.
  133. O sizə heyvanat və oğul-uşaq verdi,
  134. (üstəlik) bağlar və çeşmələr də əta etdi.
  135. Mən sizə üz verəcək böyük günün əzabından qorxuram”.
  136. Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün birdir.
  137. Bu, yalnız və yalnız əvvəlkilərin adətidir.
  138. Biz əzaba düçar olan da deyilik”.
  139. Onlar onu yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.
  140. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
  141. Səmud tayfası da elçiləri yalançı saydı.
  142. Qardaşları Saleh o zaman onlara dedikdə ki: “Məgər qorxmursunuz?
  143. Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm.
  144. Allahdan qorxun və mənə itaət edin.
  145. Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
  146. Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız?
  147. Bağlar və bulaqlar içində,
  148. əkinlər və yumşaq meyvəli xurmalıqlar içində (arxayınlıqla qalacaqsınız)?
  149. Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz?
  150. Allahdan qorxun və mənə itaət edin!
  151. Həddi aşanların əmrinə tabe olmayın.
  152. Onlar yer üzündə fəsad törədir və (özlərini günahdan) təmizləmirlər”.
  153. Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən.
  154. Sən də bizim kimi ancaq bir insansan. Əgər doğru danışanlardansansa, bizə bir möcüzə göstər”.
  155. (Saleh) dedi: “(Möcüzə) bu dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. (Bir gün o, su içməli, bir gün də siz içməlisiniz).
  156. Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar”.
  157. Onlar dəvənin diz vətərini kəsdilər, sonra da peşman oldular.
  158. Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
  159. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
  160. Lut tayfası da elçiləri yalançı saydı.
  161. Qardaşları Lut o zaman onlara dedikdə ki: “Məgər qorxmursunuz?
  162. Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm.
  163. Allahdan qorxun və mənə itaət edin!
  164. Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
  165. Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir
  166. və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan adamlarsınız”.
  167. Onlar dedilər: “Ey Lut! Əgər (təbliğatına)son qoymasan, mütləq qovulanlardan olacaqsan!”
  168. O dedi: “Mən sizin əməllərinizə nifrət edənlərdənəm.
  169. Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!”
  170. Biz onu və onun bütün ailəsini xilas etdik.
  171. Geridə qalanlar arasındakı yaşlı qadından başqa.
  172. Sonra da o birilərini yerli-dibli yox etdik.
  173. Biz onların üstünə (daşlardan) yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş!
  174. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
  175. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
  176. Əykə əhli də elçiləri təkzib etdi.
  177. O zaman ki, Şueyb onlara dedi: “Məgər qorxmursunuz?
  178. Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm.
  179. Allahdan qorxun və mənə itaət edin!
  180. Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
  181. Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın.
  182. Düz tərəzi ilə çəkin.
  183. İnsanların əşyalarını əksik verməyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin.
  184. Sizi və əvvəlki nəsilləri Yaradandan qorxun!”
  185. Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən.
  186. Sən də bizim kimi ancaq bir insansan. Biz səni yalançılardan (biri )hesab edirik.
  187. Əgər, doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə endir”.
  188. (Şueyb )dedi: “Rəbbim sizin nələr etdiyinizi daha yaxşı bilir”.
  189. Onlar isə onu yalançı saydılar və buna görə də kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi.
  190. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
  191. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
  192. Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir.
  193. Onu sadiq Ruh (Cəbrail) endirdi –
  194. sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan.
  195. (Bu Quran) açıq-aydın ərəb dilində (nazil edildi).
  196. Şübhəsiz ki, o, keçmiş ümmətlərin kitablarında da xatırlanır.
  197. Məgər İsrail oğullarından olan alimlərin onu bilmələri bunlar üçün bir dəlil deyilmi?
  198. Əgər Biz onu ərəb olmayanlardan birinə nazil etsəydik,
  199. və o, bunu onlara oxusaydı, yenə də ona iman gətirməzdilər.
  200. Biz (küfrü )günahkarların qəlbinə belə salarıq.
  201. Onlar üzücü əzabı görməyənədək ona inanmazlar.
  202. O (əzab) onlara özləri də hiss etmədən qəflətən gələcəkdir.
  203. Onlardeyəcəklər: “Bizə möhlət veriləcəkmi?”
  204. Yenədəmi əzabımızın tez gəlməsini istəyirlər?
  205. Bilirsənmi, əgər onlara illərcə firavanlıq nəsib etsək,
  206. sonra vəd olunduqları (əzab) onlara yetişsə,
  207. onlara nəsib olmuş firavanlıq (əzabımızı) onlardan dəf edə bilməz.
  208. Biz heç bir kəndi onu xəbərdar edənlər olmadan məhv etmədik.
  209. (Xəbərdar edənləri də) öyüd-nəsihət vermək üçün (göndərdik). Biz əsla zalım olmamışıq!
  210. (Quranı )şeytanlar endirmədi.
  211. Onlar buna layiq deyildirlər və (bunu) bacara da bilməzlər.
  212. Çünki onlar (vəhyə) qulaq asmaqdan kənar edilmişdilər.
  213. Odur ki, Allahla yanaşı başqa bir tanrıya ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan.
  214. Ən yaxın qohumlarını qorxut!
  215. Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)!
  216. Əgər onlar sənə asi olsalar, de: “Şübhəsiz ki, mən sizin etdiyiniz əməllərdən uzağam!”
  217. Qüdrətli və Rəhmli olana təvəkkül et!
  218. O, səni (namaza) duranda da görür,
  219. səcdə edənlər içində hərəkət edəndə də.
  220. Həqiqətən də, O, Eşidəndir, Biləndir!
  221. Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?
  222. Onlar hər bir yalançıya və günahkara nazil olarlar.
  223. (Şeytanlar vəhydən) eşitdiklərini (kahinlərə) təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır!
  224. Şairlərə gəldikdə isə, onlara ancaq azğınlar uyar.
  225. Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gəzir (hər mövzuda şer uydurur)
  226. və etmədikləri şeylərə aid söhbət açırlar?
  227. Təkcə iman sahibi olub xeyirxah əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqdan sonra (dini) müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər.