Bağışlanma diləmək və tövbə etmək

Last Updated: Yanvar 1st, 2023|Views: 168|1,9 min read|

Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Allaha and olsun ki, mən gündə yetmiş dəfə­dən artıq Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm!»[1]

Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Ey insanlar! Allaha tövbə edin! Mən Ona gündə yüz dəfə tövbə edirəm!»[2]

Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Kim,

[Əstəğfiru-llahəl-aziyməl-ləzi lə ilahə il­lə huvəl-həyyul-qayyum və ətubu ileyhi]

«Özündən başqa məbud olmayan, Əzəmətli, Yaşayan, Qəyyum Allahdan bağışlanma dilə­yirəm və Ona tövbə edirəm!» – deyərsə, döyüş meydanından qaçsa belə Allah onu bağışla­yar.[3]

Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Rəbbin bəndəyə ən yaxın olduğu vaxt gecə­nin axırıdır. O saatda Allahı zikr edənlərdən ola bilirsənsə ol!»[4]
Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Bəndənin Rəbbinə ən yaxın olduğu (hal) onun səcdə vəziyyətidir. Odur ki, (səcdədə) duaları artırın!»[5]

Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Mənim də qəlbim tutulur və mən gündə yüz dəfə Allahdan bağışlanma diləyirəm!»[6]

[1] «Fəthul-Bari», 11/101.
[2] Muslim, 4/2076.
[3] Əbu Davud, 2/85; ət-Tirmizi, 5/569; əl-Hakim, 1/511, O, bu hədisi “səhih” saymış, əz-Zəhəbi də bunu təsdiqləmişdir. Həmçinin əl-Albani onu “səhih” hesab etmiş. Bax: «Səhi­hu-t-Tirmizi», 3/182 və «Camiul-Usul li Əhadisir-Rəsul», 4/389-390, əl-Arnavutun təhqiqi.
[4] ət-Tirmizi, ən-Nəsai, 1/279, əl-Hakim. Bax: «Səhihu-t-Tir­mizi», 3/183 və «Camiul-Usul li Əhadisir-Rəsul», 4/144, əl-Arnavutun təhqiqi.
[5] Muslim, 1/350.
[6] Muslim, 4/2075. ibnul-Əsir deyir: «qəlbim tutulur», yəni örtülür, bürünür. Burada səhv qəsd edilir. Çünki Peyğəmbər səllallahu aleyhi və səlləm çoxlu zikr və ibadət edər, (Allaha) dava­miyyətli şəkildə itaət edərdi. Hərdən nəyi isə unudur yaxud səhv edirdisə, bunu özü üçün günah sayıb Allahdan bağış­lanma diləyirdi». Bax: «Camiul-Usul», 4/386.