90. əl-Bələd

Last Updated: Dekabr 1st, 2022|Views: 166|1 min read|
bismillahir-rahmanir-rahim
  1. And içirəm bu şəhərə (Məkkəyə)!
  2. Sən də o şəhərin sakinisən.
  3. And olsun valideynə və onun törəməsinə!
  4. Biz insanı çətinlik içində xəlq etdik.
  5. O, heç kəsin ona gücü çatmayacağınımı güman edir?
  6. O deyir: “Mən çoxlu var-dövlət sərf etmişəm!”
  7. O, heç kəsin onu görməyəcəyinimi zənn edir?
  8. Məgər ona iki gözü Biz verməmişikmi?
  9. Bir dillə iki dodaq (verməmişikmi)?
  10. Ona iki yoxuşlu yola yönəltmədikmi?
  11. O isə sərt yoxuşu aşmağa can atmadı.
  12. Sən nə bilirsən ki, sərt yoxuş nədir?
  13. O,bir kölə azad etməkdir
  14. və ya aclıq günündə (möhtaca) yemək verməkdir –
  15. qohumluq əlaqəsi çatan bir yetimə,
  16. yaxud (aclıqdan) yerə uzanmış kasıba!
  17. Sonra isə o, iman gətirən, bir-birinə səbr və mərhəmət tövsiyə edənlərdən olmaqdır.
  18. Onlar sağ tərəf sahibləridir.
  19. Ayələrimizi inkar edənlər isə sol tərəfə sahibdirlər.
  20. Od onların üzərində qapanacaqdır.