91. əş-Şəms
- And olsun günəşə və onun saçdığı şəfəqə!
- And olsun ondan sonra zühur edən aya!
- And olsun (günəşi) açıqlığa çıxardan gündüzə!
- And olsun (günəşi )bürüyən gecəyə!
- And olsun göyə və onu qurana!
- And olsun yerə və onu döşəyənə!
- And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,
- ona günahları və (Allahdan) qorxmağı təlqin edənə!
- Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır.
- Onu (günaha) batıran isə ziyana uğramışdır.
- Səmud (qövmü) öz azğınlığı üzündən (Allahın elçisini) təkzib etdi.
- Onların ən bədbəxti (dəvəni kəsməyə) qalxdıqda
- Allahın elçisi onlara dedi: “Allahın bu dişi dəvəsinə (toxunmayın) və onun su içməsinə (mane olmayın)!”
- Onlar isə peyğəmbəri yalançı sayıb, dəvənin diz vətərini kəsdilər. Onların Rəbbi də bu günahlarına görə onların hamısını qırıb yerlə-yeksan etdi.
- (Allah) (günahkarlara etdiyinin )nəticəsindən çəkinməz!