84. əl-İnşiqaq

Last Updated: Dekabr 1st, 2022|Views: 147|1,4 min read|
bismillahir-rahmanir-rahim
  1. Göy yarılacağı
  2. və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;
  3. Yer dümdüz ediləcəyi,
  4. içindəkiləri kənara atıb boşalacağı
  5. və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;
  6. Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan!
  7. Kimin kitabı sağ əlinə veriləcəksə,
  8. o, yüngül sorğu-suala tutulacaq
  9. və sevincək öz ailəsinə qayıdacaqdır!
  10. Kimin kitabı arxa tərəfindən veriləcəksə,
  11. o (özünə) ölüm diləyəcək
  12. və alovlu oda atılacaqdır!
  13. Sözsüz ki, o, (dünyada ikən) öz ailəsində sevinc içində idi
  14. və elə güman edirdi ki, (Rəbbinin hüzuruna) qayıtmayacaqdır.
  15. Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü.
  16. And içirəm şəfəqə,
  17. gecəyə və (onun) ağuşuna aldıqlarına,
  18. bədirlənmiş (on dörd gecəlik) aya!
  19. Siz mütləq haldan-hala keçib (dəyişəcəksiniz).
  20. Onlara nə olub ki, iman gətirmirlər
  21. və onlara Quran oxunduqda səcdə etmirlər?
  22. Əksinə, küfr edənlər (haqqı) yalan sayırlar.
  23. Allah (onların) nəyi gizlətdiklərini çox yaxşı bilir!
  24. Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ,
  25. iman gətirib yaxşı işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafatlar hazırlanmışdır.