69. əl-Haqqə
- Haqq olan (Qiyamət)!
- Nədir haqq olan (Qiyamət)?
- Sən nə biləsən ki, nədir haqq olan (Qiyamət)?
- Səmud və Ad (tayfaları) (qəlbləri) qorxuya salan (Qiyaməti) yalan saydılar.
- Səmud (tayfası) qorxunc bir səslə məhv edildi.
- Ad (tayfası) isə hədsiz soyuq və şiddətli küləklə yox edildi.
- (Allah) onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. (Sən orada olsaydın,) o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin.
- Sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi?
- Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər (Lut qövmü) də günah işlətmişdilər.
- Onlar öz Rəbbinin elçisinə asi oldular, O da onları (şiddəti) artan bir əzabla yaxaladı.
- Su aşıb-daşdıqda Biz sizi üzən gəmidə daşıdıq.
- Sizə bir xatırlatma olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə (belə) etdik.
- Sur bircə dəfə üfürüləcəyi,
- yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –
- həmin gün Vaqiə qopacaq.
- Göy yarılacaq və həmin gün o, süst olacaqdır.
- Mələklər isə onun ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini səkkiz (mələk )daşıyacaqdır.
- O gün siz (məhşərə) gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir.
- Kitabı sağ əlinə verilən deyəcəkdir: “Budur, oxuyun kitabımı!
- Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam”.
- O, xoşbəxt həyat sürəcəkdir
- uca bir Cənnətdə,
- (elə bir Cənnətdə ki,) onun meyvələri lap yaxınlıqda olacaqdır.
- (Onlara): “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!”(–) (deyiləcəkdir)
- Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi!
- Hesabımdan da xəbərim olmayaydı!
- Kaş ilk ölümüm həmişəlik olaydı!
- Var-dövlətim məni (əzabdan) qurtarmadı.
- Hökmranlığım da məhv olub getdi”.
- (Mələklərə deyiləcək): “Onu yaxalayıb zəncirləyin!
- Sonra da Cəhənnəmə atın!
- Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun!
- Çünki o, Böyük Allaha iman gətirmirdi,
- və (heç kəsi) kasıbı yedirtməyə rəğbətləndirmirdi.
- Bu gün burada onun üçün bir dost tapılmaz.
- Qanlı irindən başqa yeməyi də yoxdur.
- Onu ancaq günahkarlar yeyər”.
- And içirəm həm gördüklərinizə
- və həm də görmədiklərinizə!
- Bu, möhtərəm bir Elçinin sözüdür.
- O, şair sözü deyildir! Necə də az inanırsınız!
- O, kahin sözü də deyildir! Necə də az düşünürsünüz!
- O, aləmlərin Rəbbi tərəfindən vəhy edilmişdir!
- Əgər (Muhəmməd) bəzi sözləri özündən uydurub Bizə aid etsəydi,
- Biz onu sağ əlindən yaxalayar,
- sonra da şah damarını kəsərdik.
- İçərinizdən heç kəs buna mane ola bilməzdi.
- Həqiqətən, bu (Quran) müttəqilər üçün bir nəsihətdir.
- Aranızdan Quranı yalan sayanlar olduğunu da bilirik!
- Həqiqətən, bu, kafirlər üçün bir peşmançılıqdır.
- Sözsüz ki, bu (Quran )əsl həqiqətdir.
- Elə isə Böyük Rəbbinin adına təriflər de!