70. əl-Məaric
- İstəyən kimsə baş verəcək əzabı istədi –
- (bunu) kafirlər üçün (dilədi). (O əzabın) qarşısını alan tapılmayacaq.
- (O,) dərəcələr sahibi olan Allahdandır.
- Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar.
- Sən təmkinlə səbr et!
- Doğrusu, (kafirlər) o (əzabın) uzaq olduğunu güman edirlər.
- Biz isə onun yaxın olduğunu görürük.
- O gün göy əridilmiş metal kimi olacaqdır.
- Dağlar da (didilmiş )yuna bənzəyəcəklər.
- Dost dostunun halını xəbər almayacaq.
- (Halbuki) onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını,
- həyat yoldaşını və qardaşını,
- ona sığınacaq vermiş nəslini
- və yer üzündə olanların hamısını – təki (bu) onu xilas etsin.
- Xeyr! Bu, alovu (şölələnən) Oddur –
- başın dərisini sıyırıb çıxaran (bir od).
- (O od) çağırır (haqqa )arxa çevirəni, (ondan) üz döndərəni
- və (mal-dövlət) yığıb saxlayanı.
- Həqiqətən, insan kəmhövsələ yaradılmışdır.
- Ona bir pislik toxunduqda özündən çıxır,
- bir xeyir nəsib olduqda isə xəsislik edir.
- Namaz qılanlar istisnadır.
- O kəslər ki, namazlarını həmişə qılırlar.
- O kəslər ki, onların mallarında məlum bir haqq vardır-
- dilənən və (həya edib )dilənməyən miskinlər üçün.
- O kəslər ki, Haqq-hesab gününü təsdiq edirlər.
- O kəslər ki, Rəbbinin əzabından qorxurlar.
- Axı Rəbbinin əzabı (onlar üçün də) təhlükəsiz deyil.
- O kəslər ki, tənasül üzvlərini (zinadan) qoruyurlar –
- zövcələrindən və sahib olduqları cariyələrdən başqa. (Buna görə) onlar əsla qınanmazlar.
- Bundan artığını istəyənlər isə həddi aşanlardır.
- O kəslər ki, əmanəti danmır və əhdlərini pozmurlar.
- O kəslər ki, şahidliklərində mətindirlər.
- Bir də o kəslər ki, namazlarını dəqiqliklə qılırlar.
- Cənnət bağlarında hörmət göstəriləcək insanlar da elə onlar olacaqdır.
- Sənə doğru tələsən kafirlərə nə olub belə –
- sağdan-soldan dəstələrlə (ətrafına) (yığışırlar)?
- Deyəsən onların hamısı Nəim cənnətinə (bir təhər) girə biləcəklərini düşünürlər?
- Xeyr! (Bu mümkün deyil!) Biz onları bildikləri şeydən xəlq etmişik.
- And içirəm məşriqlərin və məğriblərin Rəbbinə! Biz doğrudan da, (elə bir) qüdrətə malikik ki, –
- (onları) daha yaxşıları ilə əvəz edə bilərik. (Bunda) qarşımıza çıxa bilən tapılmaz.
- Vədə verilmiş günə çatanadək onlarla daha işin olmasın, qoy boş-boş danışsınlar və əylənsinlər.
- O gün, məbudlarına ibadətə can atırmışlar kimi onlar qəbirlərdən çıxacaqlar.
- (O gün onların) baxışları yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Budur onların xəbərdar edildikləri Gün!