56. əl-Vaqiə
- Vaqiə qopacağı zaman
- onun qopduğunu heç kəs dana bilməz.
- O (bəzilərini) alçaldacaq, (bəzilərini də) ucaldacaqdır.
- Yer şiddətlə titrədiyi zaman,
- Dağlar parça-parça olub ovxalandığı
- və (ətrafa) səpələnmiş toz-torpağa döndüyü zaman,
- siz üç qrupa ayrılacaqsınız.
- Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!
- Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!
- (Xeyirxahişlərdə) öndə gedənlər, (Cənnətdə də) öndədirlər!
- Onlar (Allaha) yaxın olanlar,
- Nəim bağlarında (qalacaq kimsələrdir).
- Onların çoxu əvvəlki nəsillərdən,
- az bir qismi də axırıncılardandır.
- (Onlar )bəzənmiş taxtlar üstündə
- qarşı-qarşıya əyləşib dirsəklənəcəklər.
- Onların ətrafında həmişəcavan (xidmətçi) oğlanlar fırlanacaqlar;
- çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə –
- ondan başları ağrımaz və məst olmazlar,
- bəyənib seçdikləri meyvələr
- və istədikləri quş əti ilə (fırlanacaqlar).
- (Onları )iri qaragözlü hurilər gözləyir –
- (sədəf içində) saxlanılmış mirvariyə bənzər (hurilər).
- (Bu,) onların etdikləri əməllərin mükafatı olacaq.
- Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər.
- Ancaq: “Salam! Salam!”– sözləri (eşidəcəklər).

- (Onlar) tikansız sidr ağacları arasında,
- meyvələri salxım-salxım asılmış banan ağacları altında,
- uzanmış kölgəliklərdə,
- daim axan sular kənarında,
- çoxlu meyvələr,
- tükənməz və qadağan edilməyən (meyvələr) içində
- və hündür döşəklər üstündə olacaqlar.
- Biz (Cənnətdəki) qadınları yeni biçimdə yaradacağıq.
- Onları bakirə qızlar edəcəyik –
- ərlərini sevən, həmyaşıdlar.
- (Bunlar) sağ tərəf sahibləri üçündür.
- Onların çoxu əvvəlki nəsillərdən,
- bir qismi də axırıncılardandır.

- Onlar qızmar yel və qaynar su içində,
- qapqara duman kölgəsində olacaqlar.
- (Bu duman) nə sərin, nə də xoşagələndir.
- Onlar bundan əvvəl cah-calal içində idilər,
- böyük günah işlətməkdə israr edirdilər
- və deyirdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidənmi dirildiləcəyik?
- Yaxud bizim əcdadlarımız (dirildiləcəklərmi)?”
- De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da,
- bəlli bir günün müəyyən vaxtında mütləq toplanılacaqlar.
- Sonra, siz ey (doğru yoldan) azanlar, (haqqı) yalan sayanlar!
- Siz mütləq zəqqum ağacından yeyəcəksiniz,
- qarınlarınızı onunla dolduracaqsınız,
- üstündən də qaynar su içəcəksiniz.
- (Siz onu) susamış xəstə dəvələr kimi içəcəksiniz”.
- Bu onların Haqq-hesab günündəki ziyafətidir.
- Sizi Biz yaratdıq. Bəs nə üçün (dirildiləcəyinizi) təsdiq etmirsiniz?
- Axıtdığınız nütfəni gördünüzmü?
- Onu siz yaradırsınız, yoxsa Biz?
- Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz.
- Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa (Bizə mane olan tapılmaz.)
- Siz ilk yaradılışı bilirsiniz. Bəs nə üçün (dirildiləcəyiniz barədə) düşünmürsünüz?
- Əkdiyinizi gördünüzmü?
- Onu siz bitirirsiniz, yoxsa Biz bitiririk?
- Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz,
- (vədeyərdiniz): “Biz ziyana uğradıq.
- Daha doğrusu (nemətlərdən) məhrum olduq!”
- İçdiyiniz suyu gördünüzmü?
- Onu buluddan siz endirirsiniz, yoxsa Biz endiririk?
- Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz?
- Yandırdığınız odu gördünüzmü?
- Onun ağacını siz yaradırsınız, yoxsa Biz yaradırıq?
- Biz onu (Cəhənnəmi) yada salmaq və müsafirlərin istifadəsi üçün yaratdıq.
- Elə isə Ulu Rəbbinin adına təriflər de!
- Ulduzların batdığı yerlərə and olsun!
- Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləydiniz.
- Həqiqətən, bu, ehtirama layiq Qurandır,
- qorunub saxlanılan Yazıdadır (Lövhi-məhfuzdadır).
- Ona yalnız pak olanlar toxunur.
- O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
- Siz bu kəlamı yalan sayırsınız?
- Sizə verilən ruziyə (şükür etməyi), onu yalan saymaqla yerinə yetirirsiniz?
- (Can) boğaza yetişdiyi zaman –
- həmin an siz (can verən adama) baxırsınız.
- Biz ona sizdən daha yaxın oluruq, siz isə (bunu) görmürsünüz.
- Madam ki siz (iddianızagörə) haqq-hesab olunmayacaqsınız
- və doğru danışanlarsınız, onda, o canı geri qaytarın?
- Amma əgər o, (Allaha) yaxın olanlardandırsa,
- onda rəhmətə, gözəl ruziyə və Nəim bağına yetişər.
- Əgər o, sağ tərəf sahiblərindəndirsə,
- (ona): “Sağ tərəf sahiblərindən sənə salam olsun!”– (deyiləcəkdir.)
- Yox əgər o, (haqqı) yalan sayanlardan və (doğru yoldan) azanlardandırsa,
- (onun ) ziyafəti qaynar su olacaq,
- özü də Cəhənnəmdə yanacaqdır.
- Həqiqətən, bu, şübhə doğurmayan bir həqiqətdir.