43. əz-Zuxruf

Last Updated: Dekabr 1st, 2022|Views: 136|13,2 min read|
bismillahir-rahmanir-rahim
  1. Ha, Mim!
  2. Bu açıq-aydın Kitaba and olsun ki,
  3. Anlayıb dərk edəsiniz deyə Biz onu ərəbcə bir Quran etdik.
  4. Şübhəsiz ki, o (Quran), dərgahımızdakı əsas kitabda (lövhi-məhfuzda) mövcuddur. O, çox ucadır, hikmətlidir.
  5. Həddi aşan bir qövm oldunuz deyə Quranı sizə təbliğ etməkdən vazmı keçək?!
  6. Biz əvvəlkilərə (keçmiş ümmətlərə) də neçə-neçə peyğəmbərlər göndərmişdik.
  7. Onlar özlərinə gələn hər bir peyğəmbərə istehza edirdilər.
  8. Biz onlardan daha güclü olanları da məhv etdik. Əvvəlkilərin məsəlləri (Quranda) verilmişdir.
  9. Əgər onlardan: “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, əlbəttə: “Onları qüdrətli və hər şeyi bilən Allah yaratmışdır!” – deyəcəklər.
  10. O, yer üzünü sizin üçün beşik etdi və doğru yolda gedə biləsiniz deyə, orada yollar yaratdı.
  11. O, göydən lazımi qədər su endirdi. Beləcə, onunla ölü bir məmləkəti diriltdik. Siz də (qəbirlərinizdən) belə çıxardılacaqsınız.
  12. O, bütün cütləri xəlq etdi. Mindiyiniz gəmiləri və heyvanları da sizin üçün yaratdı.
  13. Ona görə ki, onlara minəsiniz, sonra da mindiyiniz zaman Rəbbinizin nemətini yada salasınız və belə deyəsiniz: “Bunları bizim xidmətimizə verən Allah pak və müqəddəsdir! Bizim ona gücümüz çatmazdı.
  14. Şübhəsiz ki, biz Rəbbimizə dönəcəyik”.
  15. Onlar isə Allahın qullarından bir qismini Onun bir hissəsi kimi qəbul etdilər. Həqiqətən, insan açıq-aşkar nankordur. (Bu ayədə bəzi yəhudilərin Üzeyri, xristianların da İsanı Allahın oğlu hesab etdiklərinə, həmçinin müşriklərin mələkləri Allahın qızları kimi qəbul etdiklərinə işarə edilir.)
  16. Yoxsa Allah yaratdıqlarından qızları Özünə götürüb oğlanları sizin üçün ayırdı?!
  17. Onlardan birinə Rəhman olan Allaha isnad etdikləri (qız uşağı dünyaya gəlməsi) ilə müjdə verilərsə, qəzəblənmiş bir halda üzü qapqara olar.
  18. Bərbəzək içində yetişdirilən və çəkişmə zamanı açıq şəkildə danışmağı bacarmayanlarımı (Allaha isnad edirlər)?!
  19. Rəhmanın qulları olan mələkləri də dişi saydılar. Onların yaradılışınamı şahid oldular?! Onların şahidliyi yazılacaq və (axirətdə) sorğu-sual olunacaqlar.
  20. Onlar: “Əgər Rəhman istəsəydi, biz onlara ibadət etməzdik!” – dedilər. Buna dair onların heç bir məlumatı yoxdur. Onlar ancaq yalan danışırlar.
  21. Yoxsa bundan əvvəl onlara bir kitab vermişik və onlar ona istinad edirlər?!
  22. Xeyr! Onlar: “Biz atalarımızın bir din üzərində olduqlarını gördük. Biz də onların izindən gedirik”, – deyirlər.
  23. Səndən əvvəl də hansı məmləkətə xəbərdarlıq edən bir peyğəmbər göndərmişiksə, oranın zəngin sakinləri yalnız: “Biz atalarımızın bir din üzərində olduqlarını gördük. Biz də onların izindən gedirik”, – dedilər.
  24. (Hər bir peyğəmbər öz qövmünə:) “Əgər sizə atalarınızdan gördüyünüz dindən daha doğrusunu gətirmişəmsə, onda necə?!” – demişdi. Onlar isə: “Biz sizinlə göndərilənləri inkar edirik”, – demişdilər.
  25. Buna görə də Biz onlardan intiqam aldıq. (Peyğəmbərləri) yalanlayanların aqibətinin necə olduğuna bir bax!
  26. Vaxtilə İbrahim atasına və qövmünə belə demişdi: “Mən sizin ibadət etdiklərinizdən uzağam!
  27. Mən yalnız məni yaradana ibadət edirəm. Şübhəsiz ki, O məni doğru yola yönəldəcəkdir”.
  28. İbrahim bu sözü özündən sonrakı nəslinə miras qoydu ki, bəlkə onlar (haqq yola) qayıdalar.
  29. Xeyr! Bunlara da, onların atalarına da özlərinə haqq və onu bəyan edən bir peyğəmbər gələnə qədər dolanışıq verdim.
  30. Haqq (Quran) onlara gəldiyi zaman: “Bu bir sehrdir, biz onu inkar edirik!” – dedilər.
  31. Onlar: “Bu Quran iki şəhərdən (Məkkə, yaxud Taifdən) olan böyük bir adama nazil edilməli deyildimi?” – dedilər. (Müşriklərə görə, Quran ya Məkkənin zənginlərindən biri olan Vəlid ibn Müğirəyə, ya da Taifin zənginlərindən biri olan Ürvə əs-Səqəfiyə nazil olmalı idi. Vəlid ibn Müğirə: “Qüreyşin böyüyü olan mən, yaxud Səqifin əşrafından olan Əbu Əmr ibn Ümeyr əs-Səqəfi ola-ola Quran Mühəmmədəmi nazil oldu?” – demişdi.)
  32. Rəbbinin mərhəmətini onlarmı bölüşdürürlər? Onların dünya həyatındakı dolanışıqlarını aralarında Biz bölüşdürdük. Bir-birlərinə iş gördürsünlər deyə onlardan bəzilərini (zənginlik) dərəcəsi etibarilə digərlərindən üstün etdik. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha xeyirlidir.
  33. Əgər insanların (inkar edənlərə rəğbət göstərən) bir ümmət olmaları (təhlükəsi) olmasaydı, yalnız Rəhman olan Allahı inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları gümüşdən edərdik. (Bu ayədə dünya nemətlərinin Allahın nəzdində tamamilə dəyərsiz olduğu vurğulanmışdır.)
  34. Evlərinin qapılarını və söykəndikləri taxtları da gümüşdən edərdik.
  35. Hətta qızıldan edərdik! Bütün bunlar ancaq dünya həyatının dolanışığıdır. Axirət isə Rəbbinin yanında müttəqilərə məxsusdur.
  36. Kim Rəhman olan Allahın zikrindən (Qurandan) üz çevirərsə, Biz ona bir şeytanı mübtəla edərik. O da onun ayrılmaz dostu olar.
  37. Şübhəsiz ki, şeytanlar onları haqq yoldan çıxardarlar. Onlar isə özlərinin doğru yolda olduqlarını zənn edərlər.
  38. Nəhayət, o, Bizim hüzurumuza gəldiyi zaman (şeytan ona): “Kaş mən səndən şərq ilə qərb arası qədər uzaqda olaydım. Sən nə pis dostsan!” – deyər.
  39. Haqsızlıq etdiyinizə görə bu gün peşmançılığınız sizə heç bir fayda verməyəcəkdir. Çünki siz əzabda ortaqsınız.
  40. (Ey Peyğəmbər! Haqqı) karlara sənmi eşitdirəcəksən, yaxud kor olanları və açıq-aşkar zəlalətdə olanları sənmi doğru yola yönəldəcəksən?!
  41. Biz səni götürüb aparsaq da, heç şübhəsiz, onlardan intiqam alacağıq.
  42. Yaxud onlara vəd etdiyimizi (əzabı) sənə göstərəcəyik. Şübhəsiz ki, Bizim onlara gücümüz çatır.
  43. Ona görə də sənə vəhy olunandan möhkəm yapış! Həqiqətən, sən doğru yoldasan.
  44. Şübhəsiz ki, o (Quran) həm sənin üçün, həm də qövmün üçün öyüd-nəsihətdir. Siz bundan sorğu-sual olunacaqsınız.
  45. Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərimizdən (onların ümmətlərindən) də soruş. Məgər Biz Rəhman olan Allahdan başqa ibadət ediləsi ilahlar təyin etmişik?!
  46. Həqiqətən, Biz Musanı möcüzələrimizlə Firona və onun əyanlarına göndərmişdik və o: “Mən aləmlərin Rəbbinin elçisiyəm!” – demişdi.
  47. Musa möcüzələrimizi onlara göstərdiyi zaman onlar buna gülmüşdülər.
  48. Onlara göstərdiyimiz hər bir möcüzə digərindən daha böyük idi. Bəlkə (haqq yola) qayıdarlar deyə Biz onları müxtəlif əzablarla cəzalandırdıq.
  49. Onlar: “Ey sehrbaz! Sənə verdiyi sözün hörmətinə, bizim üçün Rəbbinə dua et (Rəbbin əzabı bizdən götürsün). Həqiqətən, biz doğru yola yönələcəyik!” – dedilər.
  50. Lakin Biz əzabı onlardan götürdüyümüz zaman onlar verdikləri sözdən döndülər.
  51. Firon öz qövmünə səslənərək belə dedi: “Ey qövmüm! Misirin hökmranlığı və ayaqlarımın altından axan bu çaylar mənim deyilmi? Məgər (mənim əzəmətimi) görmürsünüzmü?!
  52. Yoxsa mən sözünü açıq-aydın deyə bilməyən bu aciz adamdan daha xeyirli deyiləmmi?!
  53. Ona qızıl bilərziklər verilməli, yaxud onunla birlikdə köməkçi mələklər gəlməli deyildimi?!”
  54. Beləcə, Firon öz qövmünü xor görüb aldatdı, onlar da ona itaət etdilər. Həqiqətən, onlar fasiq idilər.
  55. Onlar Bizi qəzəbləndirdikləri zaman onlardan intiqam aldıq və onların hamısını suda boğduq.
  56. Beləliklə, onları sonradan gələnlər üçün ibrətamiz bir mazi etdik.
  57. Məryəm oğlu İsa misal çəkildiyi zaman sənin qövmün buna sevinərək gülmüşdü. (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, Həzrət İsa və anası Həzrət Məryəmlə bağlı məsələnin müzakirə edildiyi bir məclisdə müşriklərdən biri: “Əgər sitayiş edilən İsa, Məryəm, Üzeyir və mələklər cəhənnəmdədirsə, biz onlarla birlikdə olmağa razıyıq”, – demişdi. Oradakı müşriklər də onun bu sözlərinə gülmüş və beləcə, Həzrət Peyğəmbərə istehza etmişdilər. Yuxarıdakı ayə onların bu təkəbbürlü hallarına işarə edir.)
  58. Onlar: “Bizim ilahlarımız daha yaxşıdır, yoxsa İsa?” – dedilər. Bunu sənə yalnız mübahisə etmək üçün deyirdilər. Xeyr! Onlar höcətləşən kimsələrdir.
  59. İsa nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir bəndədir.
  60. Əgər istəsəydik, yer üzündə sizin yerinizə keçəcək mələklər yaradardıq.
  61. Həqiqətən, o (İsa), qiyamət vaxtını bildirən bir əlamətdir. Ona görə də əsla ondan şübhə etməyin və Mənə tabe olun! Doğru yol budur. (Bəzi təfsirçilərə görə, bu ayədə Həzrət İsanın qiyamət üçün bir əlamət olduğu ifadə edilərək axırzamanda onun təkrar dünyaya qayıdacağına işarə edilmişdir.)
  62. Şeytan sizi doğru yoldan çıxartmasın! Həqiqətən, o sizin açıq-aydın düşməninizdir.
  63. İsa açıq-aşkar möcüzələrlə gəldiyi zaman belə demişdi: “Mən sizə hikmət gətirmişəm və ixtilafa düşdüyünüz məsələlərin bir qismini açıqlamaq üçün gəlmişəm. Ona görə də Allahdan qorxun və mənə itaət edin!
  64. Şübhəsiz ki, Allah mənim də, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Doğru yol budur”.
  65. Ancaq onların arasından çıxan firqələr ixtilafa düşdülər. Acı bir günün əzabı ilə qarşılaşacaq o zalımların vay halına!
  66. Onlar özləri də fərqində olmadan qəfildən qiyamətin gəlməsinimi gözləyirlər?!
  67. O gün müttəqilər istisna olmaqla, dostlar bir-birinə düşmən olacaqlar.
  68. (O gün Allah müttəqilərə belə səslənəcəkdir:) “Ey qullarım, bu gün sizə heç bir qorxu yoxdur və siz kədərlənməyəcəksiniz!
  69. Ey ayələrimizə iman gətirib müsəlman olanlar!
  70. Zövcələrinizlə birlikdə sevinc içində cənnətə daxil olun!”
  71. Cənnətdə onların ətrafında qızıl sinilər və qədəhlər dolandırılacaq. Orada ürəklərin istədiyi və gözlərin xoşlandığı hər şey mövcuddur. Siz orada əbədi qalacaqsınız.
  72. Varis olduğunuz bu cənnət etdiyiniz əməllərin qarşılığıdır.
  73. Orada sizin üçün yeyəcəyiniz bir çox meyvələr vardır.
  74. Şübhəsiz, günahkarlar cəhənnəm əzabında əbədi qalacaqlar. (Təfsirçilərin əksəriyyətinə görə, bu ayədəki “günahkarlar” Allahı inkar edən, yaxud Ona şərik qoşan kimsələrdir.)
  75. Onların əzabı yüngülləşdirilməyəcək və onlar orada ümidsiz qalacaqlar.
  76. Biz onlara zülm etmədik, lakin onlar özləri zalım idilər.
  77. Onlar (cəhənnəmin gözətçisi olan mələyə): “Ey Malik! Rəbbin bizim canımızı alsın!” – deyə səslənəcəklər. O da: “Siz (bu vəziyyətdə) qalacaqsınız!” – deyəcəkdir.
  78. (Allah cəhənnəmdəkilərə belə səslənəcəkdir:) “Həqiqətən, Biz sizə haqqı gətirmişdik, lakin sizin çoxunuz haqqı xoşlamırdı”.
  79. Yoxsa onlar bir işə (peyğəmbərin qətlinə) qərar veriblər?! Şübhəsiz, Biz də Öz qərarımızı vermişik.
  80. Yoxsa onlar öz sirlərini və gizli danışıqlarını eşitmədiyimizimi zənn edirlər?! Xeyr! Onların yanındakı elçilərimiz (mələklər) də yazırlar.
  81. De: “Əgər Rəhman olan Allahın bir övladı olsaydı, ona ibadət edənlərin ilki mən olardım.
  82. Həm göylərin və yerin, həm də ərşin Rəbbi olan Allah onların aid etdikləri sifətlərdən uzaqdır, pakdır!”
  83. Ona görə də qoy onlar vəd olunduqları günə qovuşana qədər (batil işlərinə) dalıb əylənsinlər.
  84. Göydə də, yerdə də ilah Odur. O, hikmət sahibidir, hər şeyi biləndir.
  85. Göylərin, yerin və onların arasındakıların hökmranı olan Allah çox ucadır! Qiyamət vaxtını da O bilir. Siz Ona qaytarılacaqsınız.
  86. Ondan başqa dua etdikləriniz şəfaət etməyə qadir deyillər. Ancaq bilərək haqqa (tövhidə) şahidlik edənlər bundan istisnadır.
  87. Əgər onlara özlərini kim yaratdı deyə sual versən, əlbəttə: “Allah!” – deyəcəklər. Bəs necə olub (haqq yoldan) döndərilirlər?!
  88. Onun (Peyğəmbərin) dediyi söz belə idi: “Ey Rəbbim! Həqiqətən, bunlar iman gətirməyən bir qövmdür”.
  89. Elə isə sən “Salam!” deyib onlarla xoş rəftar et! Onlar tezliklə biləcəklər.