36. Ya sin

Last Updated: Dekabr 1st, 2022|Views: 129|9,6 min read|
bismillahir-rahmanir-rahim
  1. Ya. Sin.
  2. And olsun hikmətli Qurana!
  3. Həqiqətən, sən göndərilmiş elçilərdənsən,
  4. doğru yoldasan.
  5. (Bu Quran) Qüdrətli və Rəhmli (Allah) tərəfindən nazil edilmişdir ki,
  6. ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir tayfanı xəbərdar edəsən.
  7. Onların əksəriyyəti barəsindəki söz gerçəkləşdi. Çünki onlar iman gətirmədilər.
  8. Həqiqətən, Biz onların boyunlarına, çənələrinə dirənmiş zəncirlər keçirtmişik. Odur ki, başları (təkəbbürlə) yuxarı qalxmışdır.
  9. Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar (haqqı) görmürlər.
  10. Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməyəcəklər.
  11. Sən ancaq Zikrə tabe olub Mərhəmətli (Allahı) görmədən (Ondan) çəkinən şəxsi qorxuda bilərsən. Beləsini bağışlanma və çox gözəl bir mükafatla müjdələ.
  12. Həqiqətən, ölüləri dirildən, onların (bu dünyada) törətdiklərini və tərk etdiklərini yazan Bizik. Biz hər şeyi açıq-aydın Yazıda (Lövhi-məhfuzda) qeydə almışıq.
  13. Sən onlara o zaman elçilər gəlmiş şəhər sakinlərini misal çək.
  14. O zaman onlara iki nəfər (elçi) göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də (elçilərimizi) üçüncüsü ilə qüvvətləndirdik. Elçilər: “Həqiqətən, biz sizə göndərilmiş elçilərik”– dedilər.
  15. Onlar dedilər: “Siz də bizim kimi sadəcə bir insansınız. Mərhəmətli (Allah) (sizə) heç bir şey nazil etməmişdir. Siz ancaq yalan danışırsınız”.
  16. (Elçilər) dedilər: “Rəbbimiz bilir ki, biz, həqiqətən də, sizə göndərilmiş elçilərik.
  17. Bizim vəzifəmiz ancaq (vəhy olunanı) aşkar təbliğ etməkdir”.
  18. Onlar dedilər: “Biz sizdə bəd əlamət gördük. Əgər (dəvətinizə) son qoymasanız, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq ağrılı-acılı bir əzab toxunacaqdır”.
  19. (Elçilər) dedilər: “Sizin uğursuzluğunuz öz ucbatınızdandır. Məgər sizə edilən öyüd-nəsihəti( bəd əlamət sayırsınız)? Doğrusu, siz həddi aşmış bir millətsiniz”.
  20. Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ay camaat! Elçilərin ardınca gedin!
  21. Sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olan şəxslərin ardınca gedin!
  22. Mənə nə olub ki, məni yaradana və hüzuruna qaytarılacağınız (Allaha) ibadət etməyim?
  23. Mən heç Ondan başqa məbudlar qəbul edərəmmi? Əgər Mərhəmətli (Allah) mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər.
  24. Bax onda mən açıq-aydın azğınlığa düşmüş olaram.
  25. Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Mənə qulaq asın!”
  26. (Şəhərin sakinləri bu kişini öldürdükdən sonra) ona: “Cənnətə daxil ol!”– deyildi. O dedi: “Kaş xalqım biləydi ki,
  27. Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi”.
  28. Biz ondan sonra xalqının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik.
  29. (Onları məhv edən) ancaq dəhşətli bir səs oldu. Onlar birdən sönüb getdilər.
  30. Vay (bu) qulların halına! Onlara elə bir elçi gəlməyib ki, ona istehza etməsinlər.
  31. Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və onların bir daha geriyə – bunların yanına qayıtmadığını görmürlərmi?
  32. Hamısı bir yerdə Bizim hüzurumuza gətiriləcəklər.
  33. Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan taxıl çıxardırıq, onlar da ondan yeyirlər.
  34. Biz orada xurma bağları və üzümlüklər yaratdıq, bulaqlar qaynadıb çıxartdıq ki,
  35. onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər. Bəs onlar şükür etməyəcəklərmi?
  36. Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan (Allah) pakdır, müqəddəsdir.
  37. Gecə də onlar üçün bir dəlildir. Biz gündüzü ondan ayırıb çıxaran kimi onlar zülmət içində qalırlar.
  38. Günəş də özünün qaldığı yerə axıb gedir. Bu, Qüdrətli, Bilən (Allahın) əzəli hökmüdür.
  39. Ay üçün də mənzillər müəyyən etmişik. Nəhayət, o (tədricən) dönüb xurma ağacının qurumuş budağı kimi (əyri) olur.
  40. Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri (öz )orbiti( ilə) üzüb gedir.
  41. Onların nəslini yüklü gəmidə daşımağımız da onlar üçün bir dəlildir.
  42. Biz onlar üçün buna bənzər (daha neçə-neçə) minik vasitələri yaratdıq.
  43. Əgər istəsək, onları (suya) qərq edərik. Onda nə onların imdadına çatan olar, nə də onlar xilas ola bilərlər.
  44. Yalnız Bizim (onlara) rəhm etməyimiz və (onlara,) müəyyən edilmiş vaxtadək, gün-güzəran nəsib etməyimiz istisnadır.
  45. Onlara: “Önünüzlə olan və arxanızca gələndən (dünyada və axirətdə olan əzabdan) qorxun ki, bəlkə sizə rəhm oluna!”– deyildikdə (üz çevirirlər).
  46. Onlara öz Rəbbinin ayələrindən elə bir ayə gəlmir ki, ondan üz döndərməsinlər.
  47. Onlara: “Allahın sizə verdiyi ruzidən sərf edin!”– deyildikdə, kafirlər möminlərə deyirlər: “Allahın istədiyi təqdirdə yedirdəcəyi kimsəni bizmi yedirdəcəyik? Siz ancaq açıq-aydın azğınlıq içindəsiniz”.
  48. Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyə soruşurlar.
  49. Onlar sadəcə olaraq, bir-birləri ilə höcətləşərkən özlərini yaxalayacaq bir tükürpədici səsi gözləyirlər.
  50. Onlar nə bir vəsiyyət etməyə qadir olacaq, nə də ailələrinin yanına qayıda biləcəklər.
  51. Sur (ikinci dəfə) üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf axışacaqlar.
  52. Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Mərhəmətli (Allahı)n vəd etdiyi (qiyamətdir). Elçilər doğru deyirlərmiş”.
  53. Bircə dəhşətli səs qopan kimi onların hamısı hüzurumuza gətiriləcəklər.
  54. Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir.
  55. Həqiqətən də Cənnət əhli həmin gün nemətlər içində kef çəkəcək.
  56. Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər.
  57. Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır.
  58. Üstəlik Rəhmli Rəbb (onlara): “Salam” deyəcək.
  59. “Bu gün (möminlərdən) ayrılın, ey günahkarlar!
  60. Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir,
  61. Mənə ibadət edin! Doğru yol budur!
  62. Artıq (şeytan) içərinizdən bir çoxlarını yoldan çıxartmışdır. Məgər dərk etmirdiniz?
  63. Bu sizə vəd edilmiş Cəhənnəmdir.
  64. Kafir olduğunuza görə bu gün orada yanın!”
  65. Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları (günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər.
  66. Əgər istəsəydik, onların gözlərini kor edərdik və onda onlar (düz )yolla getməyə çalışardılar. Amma necə görə bilərdilər?
  67. Əgər istəsəydik, onları yerlərindəcə elə eybəcər hala salardıq ki, nə irəli gedə, nə də geri qayıda bilərdilər.
  68. Kimə uzun ömür veririksə, onu xilqətcə tərsinə çeviririk. Məgər başa düşmürlər?
  69. Biz ona (Muhəmmədə) şer öyrətmədik, bu ona heç yaraşmaz da. Bu ancaq öyüd-nəsihət və aydın Qurandır ki,
  70. diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin.
  71. Məgər onlar görmürlər ki, (Biz) onlardan ötrü sahib olduqları mal-qaranı Öz əllərimizlə yaratmışıq?
  72. Yaratdıqlarımızı öz istifadələrinə verdik ki, bəzilərindən minik kimi yararlansınlar və bəzilərini də yesinlər.
  73. Bunlarda onlar üçün (başqa) mənfəətlər və içiləcək süd də vardır. Yenə də şükür etməyəcəklərmi?
  74. Bir çarə tapmaları üçün müşriklər Allahdan başqa məbudlar qəbul etdilər.
  75. Amma (məbudlar )onlara heç bir kömək edə bilməzlər. Hərçənd ki, onlar bunlar üçün hazır durmuş əsgərlərdir.
  76. Onların sözü səni kədərləndirməsin. Şübhəsiz ki, Biz onların nəyi gizli saxladıqlarını və nəyi aşkar etdiklərini bilirik.
  77. Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir.
  78. O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?”
  79. De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir.
  80. O sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”.
  81. Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?! Şübhəsiz ki, O, Yaradandır, Biləndir.
  82. Bir şeyi (yaratmaq) istədikdə ona təkcə: “Ol!” deyər, o da olar.
  83. Əlində hər şeyin hökmü Olan (Allah) pak və müqəddəsdir. Siz ancaq Onun hüzuruna qaytarılacaqsınız.