32. əs-Səcdə

Last Updated: Dekabr 1st, 2022|Views: 172|5,3 min read|
bismillahir-rahmanir-rahim
  1. Əlif, Lam, Mim!
  2. Barəsində heç bir şübhə olmayan bu Kitab aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
  3. Yoxsa onlar: “Onu özündən uydurmuşdur!” – deyirlər? Əksinə, o, səndən əvvəl özlərinə xəbərdar edən bir peyğəmbər gəlməyən qövmü xəbərdar edəsən deyə Rəbbin tərəfindən göndərilən haqq Kitabdır. Ola bilsin ki, onlar doğru yola yönələlər.
  4. Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra ərşə istiva edən (ərşi hökmranlığı altına alan) Allahdır. Ondan başqa heç bir dostunuz və şəfaətçiniz yoxdur. Yenə də düşünüb öyüd almırsınızmı?
  5. O, göydən yerə qədər hər bir işi idarə edir. Sonra (bütün işlər) sizin hesablamanıza görə min il qədər olan bir gündə Ona doğru yüksələr. (Bəzi təfsirçilərə görə, Allah dərgahındakı bir günün, insanların hesabladığı müəyyən bir müddətə bərabərliyi yoxdur. Yuxarıdakı ayədə, Allah dərgahındakı bir günün insanların hesabladığı min il kimi olduğu ifadə edildiyi halda, “Məaric” surəsində Allah dərgahındakı bir günün, insanların nəzdindəki əlli min il kimi olduğu bildirilir. Yəni, “gün” ifadəsi ilə müddətin uzunluğuna işarə edilir.)
  6. O, gizli olanı da, aşkar olanı da biləndir, yenilməz qüvvət sahibidir, rəhmlidir.
  7. O, yaratdığı hər şeyi gözəl yaratmış və insanı yaratmağa palçıqdan başlamışdır.
  8. Sonra onun nəslini həqir bir su olan nütfədən meydana gətirdi.
  9. Sonra onu müəyyən bir surətə saldı və ona Öz ruhundan üfürdü. O sizin üçün gözlər, qulaqlar və ürəklər yaratdı. Nə qədər də az şükür edirsiniz! (Bir qisim təfsirçilərə görə, “Allahın Öz ruhundan üfürməsi” yaratdığı ruhu insana verməsi kimi başa düşülməlidir.)
  10. Onlar: “Biz torpağa qarışıb yox olduqdan sonra yenidənmi yaradılacağıq?” – dedilər. Xeyr! Onlar Rəbbinə qovuşacaqlarını inkar edirlər.
  11. De: “Sizin üçün təyin edilən ölüm mələyi canınızı alacaq, sonra siz Rəbbinizə qaytarılacaqsınız”.
  12. Kaş günahkarlar Rəbbinin hüzurunda başlarını aşağı salıb: “Ey Rəbbimiz! Gördük və eşitdik. Elə isə, bizi (dünyaya) geri qaytar ki, yaxşı işlər görək. Biz yəqinliklə iman gətirdik”, – deyərkən onları görəydin.
  13. Əgər Biz istəsəydik, əlbəttə, hər kəsə hidayət verərdik. Lakin “Cəhənnəmi bütövlüklə cinlər və insanlarla dolduracağam!” sözü Mənim tərəfimdən qərara alınmışdır.
  14. (O gün onlara belə deyiləcəkdir:) “Bu gününüzlə qarşılaşacağınızı unutduğunuza görə dadın əzabı! Şübhəsiz, biz də sizi unutduq. Etdiyiniz əməllərə görə dadın əbədi əzabı!”
  15. Bizim ayələrimizə yalnız bu ayələrlə öyüd verildiyi zaman təkəbbürlənmədən səcdəyə qapanan və Rəbbini həmd ilə təsbeh edənlər iman gətirərlər.
  16. Onlar qorxu və ümid içində Rəbbinə dua etmək üçün yataqdan qalxar və onlara verdiyimiz ruzidən infaq edərlər.
  17. Əməllərinin mükafatı olaraq onlar üçün göz aydınlığı olacaq nələr saxlandığını heç kim bilmir.
  18. Elə isə, mömin ilə fasiq bir olarmı?! Onlar eyni ola bilməzlər!
  19. İman gətirib yaxşı işlər görənlər üçün etdikləri əməllər müqabilində qalacaqları Məva cənnətləri vardır.
  20. Fasiqlərə gəldikdə isə, onların qalacaqları yer cəhənnəmdir. Onlar hər dəfə oradan çıxmaq istədikdə, ora qaytarılacaqlar və onlara: “Yalanladığınız cəhənnəm əzabını dadın!” – deyiləcəkdir.
  21. Əlbəttə, onlara böyük əzabdan əvvəl dünya əzabını da daddıracağıq. Ola bilsin ki, onlar (haqq yola) qayıdarlar.
  22. Rəbbinin ayələri xatırladıldıqdan sonra onlardan üz çevirən kimsədən daha zalım kim ola bilər?! Biz, əlbəttə, günahkarlardan intiqam alarıq.
  23. Şübhəsiz ki, Musaya da Kitabı (Tövratı) verdik. (Ey Peyğəmbər!) Sən onunla görüşəcəyinə şübhə etmə! Biz onu İsrail oğulları üçün doğru yol göstərən bir rəhbər etmişdik.
  24. Səbir etdiklərinə görə onlardan əmrimizlə haqq yolu göstərən rəhbərlər təyin etdik. Onlar ayələrimizə yəqinliklə inanırdılar.
  25. Şübhəsiz ki, Rəbbin qiyamət günü ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm verəcəkdir.
  26. Əvvəlki neçə-neçə nəsilləri məhv etməyimiz onları doğru yola yönəltmədimi? Halbuki özləri onların yurdlarında gəzib dolaşırlar. Həqiqətən, bunda ibrətlər vardır. Yenə də (haqqı) dinləmirlərmi?
  27. Məgər onlar, qupquru yerə suyu çatdırıb onunla (torpaqdan) həm heyvanlarının, həm də özlərinin yedikləri əkinləri çıxartdığımızı görmədilərmi? Hələ də (haqqı) görmürlərmi?
  28. Onlar: “Əgər doğru söyləyirsinizsə, bu fəth nə vaxt olacaqdır?” – deyirlər.
  29. De: “Fəth günü kafirlərə iman etmələri heç bir fayda verməyəcək və onlara möhlət də verilməyəcəkdir”.
  30. Buna görə də onlardan üz çevir və (onlara əzabın gəlməsini) gözlə! Şübhəsiz, onlar da (sənin ölməyini) gözləyirlər.