19. Məryəm (Məryəm)
- Kəf. Ha. Yə. Ayn. Sad.
- (Bu) sənin Rəbbinin Öz qulu Zəkəriyyaya (göstərdiyi )mərhəmətinin yada salınmasıdır.
- Bir zaman (Zəkəriyya) Rəbbinə gizlicə dua edib
- demişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində (heç vaxt) bədbəxt olmamışam.
- Mən özümdən sonra gələn qohumlarımdan (dinə etinasız yanaşacaqlarından) qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ki,
- o həm mənə, həm də Yaqub nəslinə varis olsun. Ey Rəbbim! Elə et ki, o (Sənin) razılığını qazanmış olsun!”
- (Ona belə vəhy olundu:) “Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı (ondan) öncə kimsəyə qoymamışıq!”
- O dedi: “Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda mənim övladım necə ola bilər?”
- (Mələk) dedi: «Elədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!”»
- O dedi “Ey Rəbbim! Mənim üçün bir əlamət müəyyən et”. (Allah) buyurdu: “Əlamətin budur ki, sən sağlam ikən üç gecə adamlarla danışmayacaqsan!”
- O, mehrabdan öz camaatının qarşısına çıxıb onlara işarə ilə başa saldı ki: “Səhər-axşam (Allaha) təriflər deyin!”
- (Yəhyaya da:) “Ey Yəhya! Kitabdan möhkəm yapış!”(–) (deyə )(vəhy etdik.) Biz uşaq ikən ona hikmət bəxş etik.
- Üstəlik Öz tərəfimizdən bir şəfqət və paklıq da (bəxş etdik). O, müttəqi idi.
- Həm də ata-anasına qarşı qayğıkeş (idi); lovğa və asi deyildi.
- Doğulduğu gün də, öləcəyi gün də, yenidən dirildiləcəyi gün də ona salam olsun!
- Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən (ayrılıb) şərq tərəfdə olan bir yerə çəkilmiş
- və (ibadət vaxtı) onlardan (gizlənmək üçün) pərdə tutmuşdu. Biz Öz Ruhumuzu (Cəbraili) onun yanına göndərdik. O, Məryəmin qarşısında tam insan surətində peyda oldu.
- (Məryəm) dedi: “Mən səndən ər-Rəhmana sığınıram! Əgər müttəqisənsə, (mənə toxunma)”.
- (Mələk) dedi: “Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm”.
- (Məryəm) dedi: “Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, necə mənim övladım ola bilər?”
- (Mələk )dedi: «Elədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. (Bu,) hökmü verilmiş bir işdir”».
- (Məryəm) uşağa qaldı və bətnindəki ilə birlikdə gedib uzaq bir yerə çəkildi.
- Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi. O dedi: “Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!”
- (Məryəmin) aşağı tərəfindən (İsa və ya Cəbrail) onu səsləyib dedi: “Qəm yemə, Rəbbin sənin (ayağının) altından bir bulaq axıtdı.
- Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün.
- Ye, iç, gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de: “Mən ər-Rəhmana oruc tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kimlə danışmayacağam”».
- (Məryəm) körpəni qucağına alıb öz tayfasının yanına gətirdi. Onlar dedilər: “Ey Məryəm! Sən yaramaz (və ya görünməmiş) bir iş tutmusan.
- Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun deyildi”.
- (Məryəm) ona işarə etdi. Onlar dedilər: “Beşikdə olan körpə ilə necə danışaq?”
- (Körpə) (dil)(açıb)dedi: “Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi.
- Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi.
- Həm də (məni) anama qarşı qayğıkeş (etdi); məni lovğa və bədbəxt etmədi.
- Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!”
- Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur.
- Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyər, o da dərhal olar.
- (İsa dedi:) “Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona ibadət edin! Düz yol da budur”.
- Sonra firqələrin arasında ziddiyyət düşdü. Böyük günü görəcək kafirlərin vay halına!
- Onlar Bizim hüzurumuza gələcəkləri gün necə yaxşı eşidəcək, necə də yaxşı görəcəklər! Lakin zalımlar bu gün açıq-aydın azğınlıq içindədirlər.
- Sən onları işin bitmiş olacağı peşmançılıq çəkiləcək günlə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər.
- Şübhəsiz ki, yerə və onun üstündə qalanlara təkcə biz sahib çıxacağıq. Onların qayıdışı Bizə olacaqdır.
- Kitabda İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi.
- Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən?
- Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim.
- Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan ər-Rəhmana çox asi oldu.
- Atacan! Qorxuram ki, ər-Rəhmandan sənə bir əzab toxunsun və beləcə şeytana yoldaş olasan”.
- (Atası )dedi: “Sən mənim tanrılarımdan üzmü çevirirsən, ey İbrahim!? Əgər (buna) son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!”
- (İbrahim) dedi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır.
- Mən sizi və Allahdan başqa sitayiş etdiyiniz (bütləri) tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım”.
- İbrahim onları və onların Allahdan başqa yalvardıqlarını tərk etdiyi zaman Biz ona İshaqı və Yaqubu bəxş etdik. Biz onların hər ikisini peyğəmbər etdik.
- Biz onlara öz mərhəmətimizdən əta etdik və (gələcək nəsillər həmişə yada salsın deyə) onlara yaxşı ad qismət elədik.
- Kitabda Musanı da xatırla! Həqiqətən o, seçilmiş bir elçi və peyğəmbər idi.
- Biz (Musanı) sağ tərəfindəki dağın yaxınlığından çağırdıq və (onunla) danışıb onu (özümüzə) yaxın etdik.
- Biz Öz mərhəmətimizdən ona qardaşı Harunu da bir peyğəmbər olaraq bəxş etdik.
- Kitabda İsmaili də xatırla! Həqiqətən, o öz vədinə sadiq idi. O bir elçi və peyğəmbər idi.
- O öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı.
- Kitabda İdrisi də xatırla! Həqiqətən, o, düz danışan adam və bir peyğəmbər idi.
- Biz onu yüksək bir məqama ucaltdıq.
- Onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlərdən, Adəmin və Nuhla birlikdə (gəmidə) daşıdığımız kimsələrin nəslindən, İbrahimin və İsrailin nəslindən seçib haqq yola yönəltdiyimiz kimsələrdəndir. Onlar özlərinə ər-Rəhmanın ayələri oxunduğu zaman səcdəyə qapanıb ağlayanlardır.
- Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar.
- Ancaq (Allaha) tövbə edib iman gətirənlər və xeyirxahlıq edənlərdən başqa! Onlar Cənnətə daxil olacaq və heç bir haqsızlığa məruz qalmayacaqlar.
- (Bu Cənnət) ər-Rəhmanın Öz qullarına vəd etdiyi və onların görmədikləri Ədn bağlarıdır. Onun vədi mütləq yerinə yetəcəkdir.
- Onlar orada boş sözlər deyil, ancaq: “Salam!” eşidəcəklər. Orada səhər-axşam onların ruzisi olacaqdır.
- Qullarımızdan olan müttəqilər üçün miras edəcəyimiz Cənnət budur.
- (Mələklər dedi:) “Biz (dünyaya) ancaq sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların arasında nə varsa, Ona məxsusdur. Rəbbin unudan deyildir”.
- O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbrli ol! Heç Ona oxşarını tanıyırsanmı?!
- İnsan soruşar: “Doğrudanmı mən öldükdən sonra (qəbirdən) diri çıxardılacağam?”
- Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən yaratdığımızı xatırlamırmı?
- Rəbbinə and olsun ki, Biz onları şeytanlarla birlikdə bir yerə toplayacaq, sonra da onları diz üstə çökmüş halda Cəhənnəmin ətrafına yerləşdirəcəyik.
- Sonra hər firqədən ər-Rəhmana ən çox asi olanı çıxardacağıq.
- Orada yanmağa daha çox layiq olanları, əlbəttə ki, Biz yaxşı tanıyırıq.
- İçinizdən hər kəs oraya varid olacaqdır. (Bu,) Rəbbinin (əzəldən) müəyyən etdiyi qəti bir qərardır.
- Sonra Biz müttəqiləri (oddan) xilas edəcək, zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik.
- Onlara açıq-aydın ayələrimiz oxunduğu zaman kafirlər möminlərə deyərlər: “Bu iki firqədən hansının məqamı daha yaxşı, məclisi daha gözəldir?”
- Biz onlardan əvvəl var-dövlət və zahiri görünüşcə onlardan daha üstün olan neçə-neçə nəsilləri məhv etdik.
- De: “Qoy ər-Rəhman azğınlıqda olan hər kəsə uzun müddət möhlət versin! Nəhayət, özlərinə vəd olunan ya əzabı, ya da o Saatı gördükləri zaman onlar kimin məqamının daha pis, kimin ordusunun daha zəif olduğunu biləcəklər”.
- Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab baxımından daha xeyirli, aqibətcə daha yaxşıdır.
- Ayələrimizi inkar edib: “Mənə hökmən var-dövlət və övlad veriləcəkdir!”– deyən adamı gördünmü?
- Olmaya, o, qeybdən xəbərdardır, yoxsa ər-Rəhmandan vədə almışdır?
- Xeyr! Biz onun dediklərini yazacaq və əzabını qat-qat artıracağıq.
- Onun dediyi şeylər Bizə qalacaq və o, hüzurumuza tək-tənha gələcəkdir.
- (Müşriklər )Allahdan başqa tanrılar qəbul etdilər ki, onlara kömək olsunlar.
- Xeyr! (Qiyamət günü o bütlər) onların ibadətini inkar edəcək və onların əleyhinə çıxacaqlar.
- Məgər kafirlərin üstünə onları (günaha) sövq edən şeytanları göndərdiyimizi görmürsənmi?
- Odur ki, onlardan ötrü (əzab diləməyə) tələsmə. Biz onların (günlərini) bir-bir sayırıq.
- O gün Biz müttəqiləri ər-Rəhmanın hüzuruna hörmətli nümayəndələr kimi toplayarıq.
- Günahkarları isə Cəhənnəmə susamış olduqları halda qovub apararıq.
- Ər-Rəhmandan əhd almış kəslərdən başqaları şəfaət etməyə qadir olmazlar.
- (Kafirlər:) “Ər-Rəhman özünə övlad götürmüşdür!”– dedilər.
- Siz olduqca pis bir iş tutdunuz.
- Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun –
- ər-Rəhmana övlad isnad etdiklərinə görə.
- Ər-Rəhmana özünə övlad götürmək yaraşmaz.
- Göylərdə və yerdə olanların hamısı ər-Rəhmanın hüzuruna ancaq bir qul kimi gələcək.
- (Allah) onları hesablamış və bir-bir saymışdır.
- Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək.
- İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman (qəlblərdə) bir sevgi yaradacaq.
- Biz onu (Quranı) sənin dilinlə asanlaşdırdıq ki, onunla müttəqilərə müjdə verəsən və inadkarlara xəbərdarlıq edəsən.
- Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Heç onlardan kiminsə (mövcudluğunu) hiss edir və yaxud onlardan bir hənirti eşidirsənmi?