15. əl-Hicr
- Əlif. Ləm. Ra. Bunlar Kitabın və açıq-aydın Quranın ayələridir.
- Kafirlər mütləq müsəlman olmalarını arzulayacaqlar.
- Qoy onlar (bir müddət) yeyib-içsinlər, əylənsinlər və xam xəyallar onların başlarını qatsın. Tezliklə biləcəklər.
- Məhv etdiyimiz hər bir diyarın məlum bir yazısı var idi (həlak olacaqları vaxt əvvəlcədən müəyyən edilmişdi).
- Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər.
- (Kafirlər) dedilər: “Ey özünə Zikr nazil edilən kəs! Doğrudan da, sən dəlisən.
- Əgər doğru danışanlardansansa, nəyə görə (dediyinə şahidlik edə bilən) mələkləri bizə gətirmirsən?”
- Biz mələkləri ancaq haqqı (bərqərar etmək üçün) endiririk. O zaman kafirlərə möhlət verilməz.
- Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.
- Biz səndən öncə də əvvəlki millətlərə (elçilər) göndərmişdik.
- Onlara elə bir elçi gəlməzdi ki, ona istehza etməsinlər.
- Beləcə, Biz (küfrü) günahkarların qəlbinə yeridirik.
- Onlar (hələ də) ona (Qurana) inanmırlar. Halbuki əvvəlkilərin başına gələnlər onlara bəllidir.
- Əgər onlara göydən bir qapı açsaydıq və onlar dayanmadan oraya qalxsaydılar,
- (yenə də inanmayıb:) “Gözlərimiz dumanlanmış, daha doğrusu biz sehrlənmişik”– deyərdilər.
- Biz səmada bürclər yaratdıq və onu baxanlar üçün bəzədik.
- Onları qovulmuş hər bir şeytandan qoruduq.
- Ancaq (şeytanlardan) kim (göy əhlinin danışıqlarına) xəlvətcə qulaq assa, onu yandırıb yaxan alov təqib edər.
- Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və orada hər şeydən lazım olduğu qədər yetişdirdik.
- Orada həm sizin üçün, həm də sizin ruzi vermədikləriniz üçün dolanışıq vasitələri yaratdıq.
- Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən ölçüdə endiririk.
- Biz küləkləri dölləndirici (buludlarda su əmələ gətirən, bitkiləri tozlandıran bir vasitə) kimi göndərdik, göydən yağmur yağdırıb onu sizə içirtdik. (Belə olmasaydı,) siz onu yığıb saxlaya bilməzdiniz.
- Şübhəsiz ki, Biz həm dirildir, həm də öldürürük və (hər şeyə) varis olan da Bizik.
- Həqiqətən, sizdən əvvəl gəlib-gedənləri də bilirik, sonra kimlərin gələcəyini də bilirik.
- Həqiqətən, Rəbbin onları (bir yerə) toplayacaq. Çünki O, Müdrikdir, Biləndir.
- Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdıq.
- Cinləri isə daha öncə qızmar alovdan yaratmışdıq.
- Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən insan yaradacağam!
- Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!”
- Mələklərin hamısı (ona) səcdə etdilər.
- Yalnız İblisdən başqa. O, səcdə edənlər arasında olmaqdan imtina etdi.
- (Allah) dedi: “Ey İblis! Nə üçün sən səcdə edənlər arasında deyilsən?”
- (İblis) dedi: “Sənin, başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdığın insana səcdə etmək mənə yaraşmaz!”
- (Allah) dedi: “Oradan çıx! Artıq sən qovuldun.
- Haqq-hesab gününə qədər sənə lənət olacaqdır”.
- (İblis) dedi: “Ey Rəbbim! Onların dirildiləcəkləri günə qədər mənə möhlət ver”.
- (Allah) dedi: “Sən möhlət verilənlərdənsən.
- Ancaq məlum vaxtın gününə qədər”.
- (İblis) dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam.
- Yalnız Sənin sadiq qullarından başqa”.
- (Allah) dedi: “Bu, Mənə tərəf gətirib çıxaran düz yoldur.
- Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlar istisnadır”.
- Həqiqətən, Cəhənnəm onların hamısına vəd olunmuş yerdir.
- Onun yeddi qapısı vardır. Hər qapı üçün onlardan müəyyən bir dəstə təyin olunmuşdur.
- Sözsüz ki, müttəqilər Cənnət bağlarında və çeşmələr başında olacaqlar.
- (Onlara deyiləcək): “Oraya sağ-salamat və xatircəmliklə daxil olun!”
- Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar.
- Onlara orada heç bir yorğunluq toxunmayacaq və onlar oradan çıxarılmayacaqlar.
- Qullarıma xəbər ver ki, Mən, Bağışlayanam, Rəhmliyəm.
- Əzabım isə üzücü əzabdır.
- Onlara İbrahimin qonaqları barəsində də xəbər ver.
- O zaman onlar İbrahimin yanına daxil olub: “Salam!”– dedilər. (İbrahim): “Biz sizdən ehtiyat edirik!”– dedi.
- (Mələklər): “Qorxma! Həqiqətən, biz səni bilikli bir oğulla müjdələyirik!”– dedilər.
- (İbrahim) dedi: “Qocalıq məni haqladığı bir vaxtda mənə müjdə verirsiniz? Məni nə ilə müjdələyirsiniz?”
- Onlar dedilər: “Biz sənə həqiqətlə müjdə veririk. Sən ümidini üzənlərdən olma!”
- (İbrahim) dedi: “(Doğru yoldan) azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?”
- (İbrahim) dedi: “Ey elçilər! Vəzifəniz nədir?”
- Onlar dedilər: “Biz günahkar adamları (məhv etməyə) göndərilmişik.
- Yalnız Lutun ailəsi istisnadır. Biz onların hamısını xilas edəcəyik.
- (Lutun )arvadından başqa. Biz onun geridə qalanlardan olmasına qərar verdik”.
- Elçilər Lut əhlinin yanına gəldikdə
- o dedi: “Siz yad adamlarsınız!”
- Onlar dedilər: “Xeyr, biz sənin yanına onların şübhə etdiyi (əzab) ilə gəlmişik.
- Biz sənin yanına doğru xəbərlə gəlmişik. Həqiqətən də, biz doğru danışanlarıq.
- Gecənin bir vaxtı ailəni yola çıxart və özün də onların arxasınca get. Sizdən heç kəs çevrilib arxaya baxmasın. Sizə əmr olunan yerə yollanın”.
- Biz ona vəhy etdik ki, sübh çağı onların kökü kəsiləcək.
- Şəhər əhalisi bir-birini muştuluqlayaraq (onun yanına) gəldilər.
- (Lut) dedi: “Bunlar mənim qonaqlarımdır. Məni biabır etməyin!
- Allahdan qorxun və məni hörmətdən salmayın!”
- Onlar dedilər: “Məgər biz sənə (bura gələn) adamları (qonaq saxlamağı) qadağan etməmişik?”
- (Lut) dedi: “Bunlar mənim qızlarım! Əgər istəyirsinizsə, (onlarla evlənin)!”
- (Ey Muhəmməd!) Sənin canına and olsun ki, onlar sərxoş halda veyl-veyl gəzirdilər.
- Günəş doğanda qorxunc səs onları yaxaladı.
- Oranın altını üstünə çevirdik və onların üzərinə odda bişmiş gil daşlar yağdırdıq.
- Şübhəsiz ki, bunda, başa düşənlər üçün dəlillər vardır.
- Həqiqətən, onlar (Məkkədən )(Şama gedən) yolun üstündə yaşayırdılar.
- Şübhəsiz ki, bunda, möminlər üçün dəlillər vardır.
- Əykə əhli da zalım idi.
- Onlardan da intiqam aldıq. Hər iki kənd aydın görünən yol üzərində yerləşirdi.
- Hicr əhli də elçiləri yalançı saydı.
- Biz onlara ayələrimizi göndərdik, lakin onlar (bu )ayələrdən üz döndərdilər.
- Onlar təhlükəsizlikdə qalmaq üçün dağlarda evlər yonurdular.
- Onları sübh çağı qorxunc səs yaxaladı.
- Qazandıqları (dünya malı) isə onlara heç bir fayda vermədi.
- Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O Saat mütləq gələcəkdir. Odur ki, Sən (onları) gözəl tərzdə bağışla.
- Həqiqətən, Rəbbin Yaradandır, Biləndir.
- Biz sənə təkrarlanan yeddi ayəni və əzəmətli Quranı verdik.
- Onların bəzi təbəqələrinə verdiyimiz (fani) dünya malına gözünü dikmə, onlara görə kədərlənmə, möminlərlə yumşaq davran
- və de: “Şübhəsiz ki, mən açıq-aşkar bir xəbərdar edənəm!”
- Biz (Quranı) bölənlərə də beləcə (əzab) endirmişdik.
- Onlar Quranı hissələrə böldülər (bir qisminə inanıb, digər qismini inkar etdilər).
- Rəbbinə and olsun ki, Biz onların hamısından soruşacağıq –
- törətdikləri əməllər barəsində.
- Sənə buyurulanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir.
- Sözsüz ki, istehza edənlərə qarşı Biz sənə yetərik.
- O kəslər ki, Allaha başqa tanrı şərik qoşurlar. Onlar tezliklə biləcəklər.
- Biz onların dediklərindən sənin qəlbinin daraldığını bilirik.
- Sən həmd-səna ilə Rəbbini təriflə və səcdə edənlərdən ol!
- Sənə ölüm gələnədək Rəbbinə ibadət et.